Eşitmisinizmi ki, ölkədə yeni iş yerləri açılır? Eşidə bilməzsiniz, çünki...
Xəbəriniz varmı ki, vakansiyaların sayı işsizlərin sayından çoxdur? Hə vallah, çoxdur. İnanmırsınız?
Yaxşı-yaxşı, zarafat edirəm. Ümumiyyətlə, kasıb-kusubla, işsizlərlə məzələnməkdən xoşum gəlir. Harda dilənçi görsəm, yanına təpik vurub qaçıram. Məni belə böyüdüblər. Dayəm Svetlana Aleksiyeviç - atam onu Belarusiyadan sifarişlə çağırmışdı - mənə belə tərbiyə verib. Totya Sveta mənə kasıb uşaqlarla oynamağa icazə vermirdi. O, həmişə deyirdi ki, kasıblıq, işsizlik yoluxucu xəstəlik kimidir. Bacardıqca işsiz qonşularımızın uşaqları ilə oynamırdım ki, birdən atamı işdən çıxararlar. İşsizlərdən pis iy gəlir. Onlar çox pinti olurlar. Totya Sveta mənə demişdir ki, işsizlər vampir kimi qorxuludurlar. Mən Totya Svetanı çox sevirəm. Atam Kral Akademiyasından Totya Sveta üçün bir dənə Nobel mükafatı hədiyyə aldı. Sağlığına qismət, üstümüzdə çox əməyi olub. Amma anam buna çox əsəbiləşdi və atamın "Qalik"inin üstünə nöyüt töküb yandırdı. Yazıq atam, indi işə "Ferrari"si ilə gedir. Anam deyir ki, Totya Svetanı harda tutsa, cıracaq.
Mən öz şirkətimdə işləyirəm. Atam məni çox sevir və ona görə də mən məktəbi qurtaranda şirkətlərimizdən birini mənə hədiyyə etdi.
Kefim yaxşı olanda, şirkətdə işlərim yolunda gedəndə maşınımı "qul bazarı"na sürüb iş axtaranlarla məzələnmək məni çox əyləndirir. Onlar dünyanın ən nikbin, ən şən, ən qayğısız insanlarıdır. Bu mənim xoşuma gəlir. İşsizlər olmasa, darıxarıq. Yaxşı ki, ölkəmizdə yeni iş yerləri açılmır. Bu, şəxsən məni çox sevindirir. Ali təhsilli gənclərimiz işlə təmin olunsa, "qul bazarı" da olmaz. "Qul bazarı" olmasa, mənim kimi zənginlər öz var-dövləti ilə öyünə bilməz. Bu isə çox mənfi haldır.
2.17.2016
“Roman haqqında roman”
Nəriman Əbdülrəhmanlının “Qurban” romanı haqqında
“Əli və Nino” əfsanəsi
İlk dəfə 1937-ci ildə Vyanada alman dilində nəşr olunan “Əli və Nino” romanının müəllifi barədə mübahisələr illərdir davam edir. İndiyədək 33 dilə tərcümə olunan bu romanın dünyada məşhurluq qazanması mübahisələri daha da dərinləşdirib. “Əli və Nino” romanının qazandığı populyarlıqdan sonra, romanın müəllifini aşkara çıxarmaq istəyən tədqiqatçılar geniş araşdırmalar və təhlillər aparıb. Tədqiqatçıların bir qismi əsərin ilk nəşrində müəllif kimi göstərilən Qurban Səidin Bakı yəhudisi Lev Nissembaumun təxəllüsü olduğunu, digərləri isə bu imzanın Yusif Vəzir Çəmənzəminlinin gizli təxəllüslərindən biri olduğunu düşünür. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum tərəfindən yazıldığını düşünsə də, bu versiya çoxlarını qane etmir. Almaniyada yaşayan tədqiqatçı, şair Nuridə Atəşi isə əslində Lev Nissembaumun Bakıda müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu, Qurban Səid imzasının da ona məxsus olduğunu iddia edir. Bu qalmaqala ən maraqlı münasibəti Azərbaycan Yazıçılar Birliyi sərgiləyib. 1993-cü ildə AYB romanın Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını qərarla rəsmiləşdirib. Alman reyestrlərində isə “Qurban Səid” imzasının Avstriya baronessası Elfrida fon Ehrenfelsə aid olduğu təsdiqlənib. Romanın müəllifi ilə bağlı mübahisələr və iddialar demək olar ki, hələ də davam edir. Avropalı naşirlərin də, AYB-nin də, tədqiqatçıların da versiyaları sadəcə ehtimallar üzərində qurulduğu üçün mübahisələr bitmək bilmir. Önəmli məqam isə, Azərbaycandan bəhs edən “Əli və Nino” romanın populyarlığıdır.
“Darıxmağın adı” niyə adidir?
Əzizim Şəhriyar!
Nədənsə iyunun bu qovurucu, cansıxıcı və zəhlətökən istilərində sənə məktub yazmaq ehtiyacı hiss etdim. Uzun zamandı ki, görüşmürük, zəngləşmirik. Sosial şəbəkələrdə yoxam, e-mailimə də yazıb hal-əhval tutmağa ya tənəzzül eləmirsən, ya da vaxtın olmur.
Hərəmiz öz təkliyimizə çəkilib darıxırıq. Amma, Allah haqqı sənin üçün darıxmıram, ciddi sözümdü. Düzü, mən heç kəs üçün darıxan adam deyiləm. Ara-sıra uşaqlar üçün darıxıram, bu qədər. Sən də mənim üçün darıxmırsan, bu da dəqiqdi. Bilmək istəyirsənsə biz kifayət qədər etibarsız adamlarıq. Lütfən, etiraz eləmə. Unutduğumuz adamlardan şəhər salmaq olar. Hə, bilirəm. Bu fikri başqası, başqa formada deyib. Nə fərqi, mən də duruma uyğun əl gəzdirdim.
Ümumiyyətlə şairlər bir-biri üçün ancaq öləndən sonra darıxır. Məsələn, biz ikimiz də daha çox Rafiq Tağı, Zərdüşt Şəfi, Vaqif Səmədoğlu üçün darıxırıq. İçəndə bir nəfər də olsun sağ şairi yada salıb ağlamamışam, yəqin sən də.
...Deyim biləsən ki, bivecin, avaranın, məsuliyyətsizin birisən. Niyəsini bilirsən, şair, xırdalamağa nə hacət? Bir də onu deyim ki, bu məktub canını sıxa bilər. Çün, uzun müddətdir göylərdəsən, reallıqdan çox yuxarılardasan. Bir az reallığa, bir az həqiqətə, bir az özünə enəcəksən bu məktubdan sonra. (Bir az iddialı çıxdı deyəsən. Ya da çox qırıcı.) Mənə acığın tutacaq, ya da güləcəksən. Gülmə, ciddi deyirəm. Onsuz da hər dəfə məni ələ salıb gülməyini, arxamca atıb-tutduğunu eşidəndə gülüb keçmişəm.
Bilirsən niyə? Deyim biləsən ki, mən səni bütöv qəbul edirəm, bütün etdiklərinlə və etmədiklərinlə bir yerdə mənim üçün doğmasan. Bivecliyinlə, avaralığınla, məsuliyyətsizliyinlə mənim üçün əzizsən. Arada mən də səni ələ salıb gülmüşəm, vicdan haqqı. Ən çox da “Azadlıq” radiosuna müsahibəndə “Bir şüşə araq alıb o misranın toyunu edirəm” fikrinə lağ eləmişəm.

Bizdən sonra nə qalacaq ki?
Bizdən sonra nə qalır ki? Əgər yazan olsa bir-iki sətir nekroloq, ya da dostlar danışsa bir-iki cümlə xatirə...
Dünyasını dəyişmiş yazıçılar və şairlər haqqında danışılan (yazılan) xatirələr hər zaman maraqlıdır, xatirələrə hər zaman tələbat var.
Oxucu kimi, tanıdığım, tanımadığım, sevdiyim, sevmədiyim yazıçılar haqqında yazılan xatirələri acgözlüklə oxuyuram, fürsət düşəndə yaşlı yazıçıların çağdaşları haqqında danışdıqlarını böyük maraqla dinləyirəm. İstər yerli, istərsə dünya ədəbiyyatının nümayəndəsi olan yazıçıların memuarları, avtobioqrafik əsərləri, yazıçılar haqqında yazılan xatirələr məni cəlb edir. Çünki bu kitablarda, yazılarda onlarla yanaşı çağdaşları da görünür, sanki, o dövrə səyahət etmiş kimi oluram, onlarla yanaşı addımlayıram, onların fikir mübadiləsində, mübahisələrində, şeir məclislərində iştirak edirəm, badə toqquşdururam. Yaşadıqca, ömrü tükətdikcə acılı-şirinli, maraqlı-maraqsız xatirələr toplanır yaddaşımızda. Hansısa müdrik deyib ki, "yaddaş xatirələr xəzinəsidir".
Yaşlı nəsilin yazıçıları müsahibələrində, söhbətlərində yada saldıqları xatirələr, xatırlanan əhvalatlar əksərən məni duyğulandırır, kövrəldir və bəzən düşündürür. Olur ki, sevdiyim yazıçı üçün təəssüf hissi keçirir, bəzən şeirlərini sevdiyim şairin hansısa hərəkətinə görə üzülürəm, utanıram.

2.16.2016
Seksist media və Burak Özçivit fanatları
Mediamızdan xəbər başlığı: "Burak Özçiviti görən qızların utanc dolu hərəkətləri Azərbaycanın qeyrətli oğullarını narahat etdi".
Yuxarıdakı xəbər başlığı qarşıma çıxmasaydı, bəlkə də bu barədə yazmayacaqdım. Amma bir qeyrətli vətən oğlu kimi narahatlığımı dilə gətirməyi özümə borc bildim.
"Qardaşım mənim" (Kardeşim benim") filminin təqdimatı üçün Azərbaycana gələn türkiyəli aktyor Burak Özçivitin Bakıdakı qala-gecəsindəki izdiham, azərbaycanlı gənclərin görməmişliyi və düşüklüyü bir müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə olundu. Hətta iş o yerə çatdı ki, qeyrətli oğullarımız narahat oldular. Xəbər başlığının mentallığı, açıq-aşkar seksizm məni üşəndirdi. Axı o məlum videolarda Burak qardaşımıza sürtüşən təkcə qızlar deyildi. Bu seksizm nəyə və kimə lazımdır? Bir problemi işıqlandırarkən cinsiyyət ayrı-seçkiliyi nə qədər doğrudur?
Ziyarətgahdan tutya alırmışcasına Burak qardaşımıza yumşaqcasına toxunan ismətli qızlarımızla bərabər, aktyorla şəkil çəkdirmək üçün enli sinəsi ilə izdihamı yarmağa çalışan şir pəncəli, pələng biləkli qardaşlarımızı niyə görməzdən gəlirik?
Sözümün canı budur ki, məsələyə belə səthi yanaşmaq da doğru yol deyil.
Bəs sizcə, niyə Burak Özçivit?
Niyə İlqar Cahangir yox? Niyə əlimiz çatan, ünümüz yetən bir sənətkar yox, Burak Özçivit? Niyə də, niyə?
Yaxşı, əsəbləşməyin. Bilirəm, deyəcəksiniz ki, Burak başqadır, Burak candır, şirindir, xarizmatikdir, "yakışıklı"dır, zırtdır, pırtdır.

2.13.2016
Diletant haqqında fəlsəfi esse
Üzeyir Mehdizadəyə və onun alovlu pərəstişkarlarına...
Diletant, diletantlıq nədir?
Bu yazımda yuxarıdakı sualın cavabını tapmağa çalışacam. Bir növ diletant filosofluq edəcəm. Böyük sənətkarımız Aşıq Telli Borçalının təbirincə desək, “Elə sizin ajığınıza”.
Diletant fransız sözüdür (diletánt) – xüsusi hazırlığı, sistematikliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar.
Bilmirəm, fikir vermisinizmi, bütün diletantlar bir-birinə bənzəyir.
– Diletant iddialıdır.
Həyatın bütün sahələrindəki diletantların mütləq bir oxşar cəhəti var – iddia!
Elmdə də, musiqidə də, kinoda da, ədəbiyyatda da diletantın iddiası yerə-göyə sığmır. Onun-bunun ağzından eşitdiyi fikirlərlə meydan sulayır. Tez-tez özünü öyür, gözə soxmağa çalışır. Diplomlar, təltiflər, titullar üçün ürəyi gedir. “Müəllim”, “cənab”, “bəy”, “ustad” müraciətindən hədsiz dərəcədə xoşbəxt olur. Özünü təqdim edəndə titullarını sıralamaqla yanaşı adının qarşısına “müəllim” sözünü əlavə etməyi unutmur. Məsələn, tanımadığı bir adama zəng edib:
“Sizi narahat edən Diletant müəllimdir” – təqdimatını etməyi vacib sayır.
“Mənim əsərlərim”, “Mənim elmi işim”, “Mənim elmi məqaləm”, “Mənim uğurlarım”, “Mənim layihəm”, “Mənim ideyam”, "Mənim albomum", "Mənim konsertim", "Mənim dinləyicim", "Mənim oxucum" deməkdən zövq alır. Bir sözlə, diletantın eqosu yerə-göyə sığmır. Onun düşük iddiaları ətrafdakıların lağ hədəfi olsa da, o bundan utanmır. Çünki boş iddiaların arxasında böyük bir nadanlıq gizlənir...

Gilyotinlə edam edilən tatar şairi Musa Cəlil
Gilyotinlə boynu vurulanda onun cəmi 42 yaşı vardı. Almanlar tatarlardan təşkil edilmiş İdil-Ural Legionun qurucusu Musa Cəlilin xəyanətini bağışlaya bilməmişdilər...
Tatar xalqının böyük şairi, alovlu kommunist
İkinci Dünya Savaşının sona çatmasından 70 il keçməsinə baxmayaraq hələ də on minlərlə insanın taleyi üzərindən sirr pərdəsi qalxmayıb. Xüsusən faşist düşərgələrində can verən minlərlə insanın taleyi sirri-müəmmadır. Tatarıstanda milli qəhrəman kimi qəbul edilən şair Musa Cəlilin də əsirlikdəki fəaliyyətinə bu gün də aydınlıq gətirmək olmur. Əsir düşərgəsində başqa ad-familiya ilə qeydə alınan şair Musa Cəlilin faşizmə dəstək verməsi, sovetlərə qarşı döyüşməsini də, İdil-Ural Legionunu və Şpandaudakı əsirləri üsyana təşviq etməsi və edam olunması da yazırlar. Ona görə bəzi tatar millətçiləri də onu birmənalı qəbul etmirlər. Amma bir fakt danılmazdır və hamı tərəfindən qəbul edilir: Musa Cəlil şair idi...
Böyük tatar şairi Musa Cəli (Musa Mostafa ulı Cəlilov) 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa Cəlil 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə Mədrəsəsində oxuyub. İlk şeirlərini 9 yaşında yazmağa başlayan Musa Cəlil 13 yaşında artıq “Qızıl yıldız” adlı cəbhə qəzetində çap olunurdu. 1919-cu ildə komsomola daxil olub Rusiyadakı vətəndaş müharibəsində iştirak edib. 1922-ci ildə Tatarıstanın paytaxtı Kazana gələn Musa Cəlil qəzetlərdə müxbirlik etməyə başlayır. 1923-1925-ci illərdə Tatar İşçiləri Fakültəsində təhsil aldıqdan sonra alovlu kommunistə çevrilib. 1925-ci ildə partiyanın dəstəyi ilə ilk kitabı – “Biz gedirik” şeirlər toplusu çap olunan şairi Orenburqa komsomol komitəsinə işləməyə göndərirlər.

Kaydol:
Kayıtlar (Atom)