3.16.2013

Qisas


O gecə ulduzlar yerə daha yaxın idi...Əlimi atıb bir-ikisini qoparmaq istədim, əllərimin ulduzlara çatmadığını bilə-bilə.
Son görüşümüzdə gedəcəyini bildiyim halda səninlə daha çox vaxt keçirmək istədim. Əslindən son xəyanətindən sonra qalmağının mümkünsüz olduğunu bilə-bilə.
“Niyə aldatdın? Axı xəyanət etmədən də yaşaya bilərdin”-dedim.
“Mən nə etdiyimi bilmirəm, təmiz başımı itirmişəm”- dedin.

3.15.2013

Anladım ki...


Şahin Amanov üçün...


3-4 ilin söhbətidir, təqvimə qalın, qara hərflərlə yazılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhər kənarındakı hüzursuz və narahat hotel nömrəsində bir həyat qadınına aşiq oldum. Bəzən insan gərəksiz vaxtlarda, gərəksiz insanlara aşiq olur.

İlk dəfə o gecə anladım ki, həyatda bəzi şeylər inadla üst-üstə düşür...

Nigarançılıq...

Görəsən indi necəsən?
Saçına kim sığal çəkir?
Yoxsa yenə yanaqların,
Göz yaşlarından su içir?

Yenə dalğın baxışların,
Kimin üzünə dikilib?
Kimə naz satırsan bu gün?
Nə gizlədim, bu naz əda
Sənin boyuna biçilib...

Axırıncı qədəhdən sonra


Bütün biabırçılıq axırıncı qədəhdən sonra baş verir. Hərdən fikirləşirəm ki, sonuncu qədəhi içməsək, bütün başımıza gələnlərdən özümüzü sığortalaya bilərik.

Məclisin əvvəlində hər şey yolunda gedir. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tost deyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozada bir-birimizin yaradıcılığını tərifləyirik. Sonra qəfildən içimizdən kiminsə ağlına gəlir ki, onun telefonunda kədərli musiqilər var. Hərəsi bir ailənin ümid yeri olan yekə-yekə kişilər telefonu masanın ən görkəmlin yerinə qoyub, dirsəklərini masaya söykəyib kədərə qərq olurlar.

Serroz

- Sağ qabırğamın altında və mədəüstü nahiyədə, bəzən bütün qarınıma yayılan, küt və göynərtili ağrılarım var.
Yağlı yeməklərdən sonra özümü çox pis hiss edirəm. İştahsızlıqdan əziyyət çəkirəm. Tez-tez köpürəm. Bəzən üşüdürəm.

- Dayan, dayan. Nəfəs al. Telefonda diaqnoz qoymayacam ki, sənə. Ən yaxşısı gəl bizim klinikaya, səni əməlli-başlı yoxlayaq.

Türk incəsənətinin vicdanı

Onun mahnıları ilə tanış olanda dəli-dolu bir yeniyetməydim. İnsanı başqa aləmə aparan mahnılar damarıma işləyir, qanıma qarışırdı. Tələbəliyimin ilk illərində türkiyəli dostum Şahinlə islamdan, türkçülükdən danışanda, onun mahnıları ətrafında xeyli mübahisələr eləyərdik. O illərin sevimli mahnıları, sevimli müğənniləri başqaydı... Barış Mançonu, Ozan Arifi, Araz Elsəsi, Fatih Kısaparmakı dinlədiyimiz, dinlədikcə coşduğumuz vaxtlar idi... Bir də onun hayqırtılı səsindən dəli-dolu mahnıları sevə-sevə dinlərdik...

Tərcümə polemikasına sözardı


Sualdan başlayaq: Qalın-qalın kitabları tərcümə edənlər doğrudan, bacarıqlı və istedadlıdırlar, yoxsa pul qazanmaq üçün bu işə girişirlər? 

İndi tərcümə işlərini müxtəlif kompüter proqramlarının köməyi ilə həyata keçirmək, normal nəticə əldə etmək mümkündür. Müasir dövrdə rəsmi tərcümələri, sənədləri, bəzən də bədii tərcüməni müəyyən proqramlarla asanlaşdırmaq olur. Məsələn, Wordfast, TRADOS və SDLX, translate.google.com, Dilmanc və sair...