9.25.2019

Dünyanı heyrətə salan əlil sosialist

Amerikalı rejissor Artur Penin 1962-ci ildə çəkdiyi, iki “Oskar” almış “Qaranlığın içindən” (Orjinal adı: The Miracle Worker) filminə sona qədər baxmaq üçün insanın əsəb sistemi çox sağlam olmalıdır. Amerikalı pedaqoq, aktivist, yazar Helen Kellerin həyatından bəhs edən bu filmi emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil. Film haqqında çox danışmaq istəmirəm. Bilirəm ki, kino həvəskarları indiyəcən baxıb və ya mütləq baxacaq. Bu yazıda Helen Kellerdən - əsl əzmkarlıq abidəsi hesab edilə biləcək insan haqqında danışmaq istəyirəm.

9.11.2019

Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı


Sadiq Hidayətin ölüm sevdalı həyatı

Parisdə Marna çayına özünü atanda iyirmi beş yaşında idi. Körpünün altında sevişən cütlük onu xilas etməsəydi, dünya ədəbiyyatı çox önəmli yazıçısını qazanmamış itirəcəkdi. Aradan iyirmi üç il keçəndən sonraa yenə də Parisdədir. Bu dəfə günlərlə qaz xətti olan mənzil axtarır. Şapionne küçəsində axtardığı evi tapır və kirayələyir. 1951-ci il aprel ayının doqquzunda kirayələdiyi evə qapanır, evin bütün dəlmə-deşiklərini bağlayıb qazı açır və…
Dostu onu tapanda evin mətbəxində, döşəmədə uzanmışdı. Üzünü səliqə ilə təraş etmiş, ən gözəl paltarlarını geyinmişdi. Cibində kifayət qədər pulu, yanında yandırdığı əlyazmaların külü vardı. Parisdəki ilk intihar cəhdində xilas edilən İran ədəbiyyatının ustad müəlliflərindən biri Sadiq Hidayət, həmin şəhərdə həyatına son verməyi bacarmışdı…

9.06.2019

Şeytana uymuş adamlar - RESENZIYA



Yaşar Bünyadın “İblis busəsi” romanı haqqında qeydlərim

Azərbaycanda ədəbiyyatın, sözün, sənətin vəziyyəti məlumdur. Bu barədə uzun-uzadı danışmaq əlavə vaxt itkisidir. Ayıq-sayıq oxucu üçün müasir ədəbiyyatımızın mənzərəsi sosial şəbəkələrdən, ədəbiyyat saytlarından, jurnal, qəzet, qəzet əlavələrindən çox aydın göründüyü üçün, dərinə getməyə hacət görmürəm. Şayət, günümüzün ədəbiyyatını yaradanlar da, yaratdığını iddia edənlər də ortadadır. Ədəbi tənqidçilərin,  sənətdən, ədəbiyyatdan yazan bloggerlərin də işi də ortadadır. Məsələn, son on dövrlərdə oxuduum bu tipli mətnlərə qas-qas gülmüşəm. Tənqidçilərin kimlərə və hansı səbəbdən “maya qoyması”, kimləri hədəfə çevirməsi və gözdən salmağa çalışması mənə gün kimi aydındır. Ümid edirəm oxucular da bu məsələlərdən halidir.  
Hərdən düşünürəm ki, ədəbi mühitdəki dost çevrələri, imtiyazlı, imkanlı, vəzifəli yazarların ətrafında toplanan istedadlı qələm adamları, ədəbi mətbuat ətrafındakı hiyləgər gözəgirənlik cəhdləri olmasa yaranan və işıq üzünə çıxan ədəbi nümunələrdən xəbərsiz qalarıq. Niyə? Ona görə ki, yeni çıxan kitablar haqqında sistemli təqdimat yazıları yazan bloggerlərimiz, yeni nəsrimizi və poeziyamızı ürəklə, vicdanla, peşəkarlıqla təhlil edən, ədəbi prosesə hərəkət verən tənqidçilərimiz yoxdur. Heç kəsin əməyini yerə vurmaq istəməzdim, amma mənzərə göz önündədir. Az qala oxuduğum bütün yazıların, paylaşılan hər xəbərin, çap olunan “şeirlərin”, efirə çıxan, müsahibə verən şairlərin, yazıçıların, ədiblərin arxasında nələrin, kimlərin, nə qədərin dayandığını hiss edə bilirəm. Eyni zamanda dəqiq bildiyim çox nəsnələr var ki, onları münasib bir vaxtda, ömür vəfa edərsə marağı olanlarla bölüşəcəm.

8.21.2019

Məmməd Orucun "Oyun havası" povesti haqqında - RESENZİYA

Bu yaxınlarda “Oyun havası” povestini oxudum və əmin oldum ki, Məmməd Oruc da Azərbaycan ədəbiyyatında oxunması vacib, araşdırılmalı, yaradıcılığı təbliğ edilməli müəlliflərdəndir. “Oyun havası” povesti mübaliğəsiz olaraq Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindən biridir. Çox təəssüf edirəm ki, belə bir qiymətli əsərlə çox gec tanış olmuşam. Bəlkə də bunun səbəbi Məmməd Oruc kimi qiymətli bir yazıçının gözdən-könüldən uzaq, bir kənara çəkilib, necə deyərlər “başını aşağı salıb” yaradıcılığı ilə məşğul olmağıdır. Qəribədir ki, belə maraqlı və zəngin alt qatı olan, ədəbi baxımdan uğurlu bir əsər yazan müəllif illərlə ədəbi prosesdən, müzakirələrdən kənarda qalıb. Amma istedadı, həqiqi ədəbiyyatı uzun müddət sıxışdırıb kənarda saxlamaq, gündəmdən uzaq tutmaq qeyri-mümkündür.

İntihar edən azərbaycanlı professor ARAŞDIRMA

Tanınmış tənqidçi Məsud Əlioğlu (Vəliyev Məsud Əlioğlu) 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda davam etdirib. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Fizuli, Axundov, Süleyman Sani Axundov, Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər ədəbiyyat adamlarının yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli araşdırmaların müəllifi olub.

Dünyanın ən məşhur azərbaycanlı müğənnisi


Küçədən şah sarayına

Kasıb bir məhəllədə, ailəsini küçədə göstərdiyi tamaşalar hesabına dolandıran bir təlxəyin ailəsində doğulmuşdu. Onun şah sarayına gedən yolu da təlxək atasının küçə tamaşalarından başlayır. Təlxək Sabirin çıxışlarından sonra səhnəyə çıxıb insanları ovsunlayan bu qızcığazı qonşu ermənilər əzizləyərək “Qu quşu” çağırırdı. Milyonların qəlbini fəth edən Faiqə Atəşin uşaqlıq ləqəbi onun səhnə adına çevrilir. Dünyanı heyran edən bu Azərbaycan qızı hər kəsin yadında Ququş kimi qalır.

Məqsəd Nurun "Şəhər meri" romanı haqqında - RESENZİYA


Məqsəd Nurun yaradıcılığı ilə tələbəlik illərində tanış olmuşam. Azərbaycan ədəbiyyatından “əlimə nə keçsə“ oxuduğum vaxtlarda müəllifin “www.sevgivar.net” romanını oxudum və əsər həqiqətən də çox xoşuma gəldi. Ənənəvi Azərbaycan romanlarından fərqlənən, çətin oxunan və hətta çətin başa düşülən bu müəllif diqqətimi çəkdi. Sonralar dostların tövsiyəsi ilə “Tərs kimi” hekayələr toplusunun elektron variantı ilə tanış oldum. Deyəsən bilgisayardan oxuduğum ilk kitab da “Tərs kimi” olub. Xüsusilə “Ero-gigiyenik” hekayəsinin üslubu çox xoşuma gəlmişdi. Özlüyümdə Məqsəd Nuru Azərbaycanın çətin oxunan müəlliflərindən hesab edirəm. Elə bəlkə də bu səbəbdən Məqsəd Nur gündəmdə göz deşmir və peşəkar şəkildə yaradıcılıqla məşğuldur.