The Ballad of Buster Scruggs etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
The Ballad of Buster Scruggs etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.07.2019

"The Ballad of Buster Scruggs" filmi haqqında

Koen qardaşları “Baster Skraqs haqqında ballada”nı (The Ballad of Buster Scruggs) əvvəlcə serial kimi düşünsələr də, sonradan Netflix layihəni aldı və serial ideyası film-antalogiyaya çevrildi. Film çəkildi, üstəlik Venesiya Film Festivalında nümayiş olundu və mükafat da aldı. Bir sözlə filmdə qara yumorun ustaları olaraq tanınan Koen qardaşları yenidən tamaşaçı qarşısına serialla yox, bədii filmlə çıxdılar. Amma bəri başdan deyim ki, seriala hesablandığı üçün film sanki tamamlanmamış əhvalatlardan, "ətə-qana dolmamış" hekaylərdən ibarətdir.
-Vestern qəlibində, qara yumoru, musiqisi və rejissor işi ilə diqqət çəkən "The Ballad of Buster Scruggs" filmi 6 müxtəlif əhvalatdan, 6 hissədən ibarətdir.