Aşağıda oxuyacağınız yazını
Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onun mənə aldığı yumşaq
kresloma yayxanıb qələmə alıram.
Qətiyyən səhv oxumadınız, “Əsəd
Cahangirin suqqestivi” yazısından sonra hörmətli yazıçımız Kamal
Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti, bilgisayar, bir də kiçik
bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davam etsəm mənə xüsusi təqaüd
də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.
İnanın ki, bu qədər
hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəllimin şərəfinə
gecə-gündüz təriflər yağdırsam yenə də azdır.
Hazırda “Ruby Red”
kokteylindən udumlaya-udumlaya, masamın üstündəki Kuba siqarından birini
yandırıb, müdrikcəsinə düşünürəm: “Yaxşı ki, o yazını yazdım”.
Bəli, bəli, yaxşı ki, mənə yaraşdırmasalar da o
yazını yazdım.
İş otağımın pəncərəsindən
ulduzları seyr edirəm. Siqarın acı tüstüsü, “Ruby Red”in təsəvvür edə
bilməyəcəyiniz tamı başımı gicəlləndirir.
Sərfəli olduğu üçün istedadlı tənqidçimiz haqqında
tənqidi fikirlərimi davam etdirirəm.
Bu yazıdan sonra, Qara dəniz sahillərində vəd olunan
villanın ulduzlarla bəhsə girən işıqlarını düşünüb, fərəhlənirəm.
“Yengəsi gülüm olanın...”
Tənqidçi Əsəd Cahangir
haqqında yazdığım ilk yazıdakı fikirlər bir-bir özünü doğruldur. Zatən həqiqəti
yazdığıma, doğru bildiyimi müdafiə etdiyimə əmin olmasam bir cümlə də yazmaram.
Nədənsə yazının mahiyyətini
anlamayan bəzi dostlar mənə o yazını “yaraşdırmayıblar”.
Anlamayıblar ki, mən Kamal
Abdullanın müdafiəsinə qalxmamışam.
Ortalıqda hamının açıq
aydın gördüyü bir həqiqət var: Əsəd Cahangir dünən Kamal Abdullaya yarınmaq
üçün, ətrafındakı gənclərə onu təriflətdirir, müsahibələr təşkil etdirirdi, Kamal
Abdullanın əfvindən yararlana bilmədikdə isə şantaja başlayır.
Mən tənqidçinin, bu cür
ucuz və düşük yollara əl atmasından iyrəndim və bütün bu oyunbazlıqlara
etirazımı bildirdim. Amma nə oldu?
Əsədcahangirpərvər gənc
şantajın ikinci hissəsinə keçdi. Tanınmış bir yazıçını cinayətdə günahlandırıb,
böhtan atdı.
Amma onun sözlərinə heç kim
inanmadı. Ustad Oynayan məşqçi özü hakimə işarə verdi, özü oyuna daxil oldu.
Mürid-mürşid aspektindən
yanaşdıqda, bu davranış qayət normaldır. Müridin başarmadığını mürşid edər.
Elə bu açıqlaması da onun
nə qədər qərəzli, mənim nə qədər haqlı olduğumu isbatladı.
Açıqlamadan məşum və mənhus
37-ci ilin qoxusu gəlir.
“Kamal Abdullaya çatdırmaq
istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq, əgər Emin Piri məsələsi
ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan dolu yazılarınız
dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəki sizə aid iki
kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq və mətbuatda dərc
etdirmək zorunda qalacağam. Nəzərə alın ki, sizin haqqınızdakı məqaləm
Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakı məşhur
məqaləsinin tezislərinə əsaslanacaq.”
Allahdan telefonlarımızın
ekranında 1937-ci il yox, 2013-cü ildir.
Amma bu kafa həmin o
1937-ci il kafasıdır.
Şantaj o şantajdır, donos o
donosdur.
Sadəcə bu donosla adamları
həbsə, sürgünə göndərən Sovet sistemi yoxdur.
Hiç yorum yok:
Yorum Gönder