Əvvəlcə onu deyim ki,
facebook sosial şəbəkəsində fəaliyyətimi müvəqqəti olaraq dondurmuşam.
Öz profilimi dondurduqdan
sonra, köşə yazarı olduğum “Ədalət” qəzetinin facebook profilindən müəyyən
dostları izləyirdim.
İki gün öncə bu profil də
donduruldu. Yəni heç kəsi izləmirəm. Facebook-da baş verənlər, artıq
diqqətimdən kənardadır.
Amma bəzi söhbətlər barədə
mənə məlumat verirlər, çünki telefonumu söndürməmişəm. Yəni facebookda
olmadığımdan istifadə edib, çox da arxamca danışmayın J
Bundan sonra bəzi
məsələlərə blogumda münasibət bildirəcəm. Kimin oxumaq imkanı olsa, paylaşsın. Çox
uzun yazmayacağam. Vaxtınızı almaq, özüm də vaxt itirmək istəmirəm.
1. Prezident seçkiləri
Prezidentliyə namizədlərin
seçki debatını xanımımla bərabər izlədim. Xanımım ali təhsillidir. Müəyyən vaxtlarda
jurnalistika ilə məşğul olsa da, apolitikdir. Hazırda tamam başqa sahədə
çalışır. Sonuncu debatdan sonra həyat yoldaşım ilk dəfə siyasət haqqında
danışdı.
Qətiyyətlə bildirdi ki, bu seçkidə səsverməyə gedəcək və CƏMİL
HƏSƏNLİyə səs verəcək! Eyni zamanda hazırki rejimin iyrəncliyini, oyunbazlığını
tənqid etdi. Qısacası, hakimiyyət Cəmil müəllimə işləyir! Nə qədər oğraşlıq
etsələr, Cəmil Həsənli tərəfdarları bir o qədər artacaq! Biz ailəlikcə Cəmil
Həsənliyə səs verəcəyik!
2. Nigar Köçərli və Şərif Ağayar davası
Azadlıq Radiosunda Nigar
Köçərlinin Şərif Ağayarı “danlaması”, ona Elxan Elatlı, Varis və Qaraqan kimi
yazmağı tövsiyyə etməsi məni də qıcıqlandırdı. Amma Nigar Köçərli ədəbiyyat
üçün çox böyük işlər gördüyü üçün, qələm adamlarının onun haqqında hədyan
yazması qəbul edilən deyil. Nigar xanım kitab mağazasının sahibi kimi çox
satılan müəllifləri dəstəkləməlidir və bu çox normaldır. Əgər bizim yazdığımız
kitablar rəflərdə qalırsa, satılmırsa bunun günahkarı Nigar Köçərli deyil. Problem
cəmiyyətdədir. Bütün qələm adamları, düşünən insanlar əl-ələ verib cəmiyyəti
silkələməli, kitabı təbliğ etməlidir.
Bütün dünyada dedektiv, eşq
romanları, tarixi romanlar, dini romanlar və fantastika çox satılır. Ona görə
də buna görə ruhdan düşməyə dəyməz. Bestseller yazmaq istəyənlər bu janrlara
müraciət edə bilərlər. Özünü ciddi müəllif hesab edənlər isə, çox satılmaq,
tiraj dərdində olmasalar yaxşıdır. Ədəbiyyat üçün yazılan əsərlərin bazarı hər
zaman kasaddır. Bu tendensiya bizdə də, dünyada da eynidir. Ən doğru olanı
yazmaqdır. Çoxlu mütaliə edin və yazın!
3. Facebook bəlası
Facebook həyatımızın vacib parçasına çevrilib. Ailə
qalmaqallarından tutmuş, ciddi siyasi diskusiyalara qədər bütün problemlərdə
katalizatorluq edir. Ciddi vaxt itkisinə səbəb olur. Mümkün qədər sosial şəbəkələrdən
uzaq olun, bu tora düşməyin. İstifadə edirsinizsə, minimum dərəcədə vaxt
ayırın. Statuslarınıza gələn “like”lar, dost siyahınızdakı insanların iltifatı
və ya nifrəti sizi çaşdırmasın. Real həyat daha fərqlidir. Müşahidələrimdən bu
qərara gəlmişəm ki, beş qəpiklik dəyəri olmayan insanlar şəbəkə fenomeni olmağı
bacarıb. Burda hər şey aldadıcı, çaşdırıcıdır.
Şəxsən üz-üzə gələndə məni
duz kimi yalayan, əl ayağıma sürtüşən adamlar fürsət tapan kimi arxamca
danışmaqdan (oxu: status və şərh yazmaqdan) özlərini saxlaya bilmirlər. Şablon
da olsa yazacağam: facebookda vaxt itirməkdənsə kitab oxuyun! Çünki kitabdan alınan
enerji qalıcıdır. Facebookdan uzaqlaşa bilmirsinizsə, az istifadə etməyə
çalışın. Mümkün qədər bu bəlaya yox
deyin!
4. Anar məsələsi
Xalq yazıçısı Anar zəif bir
hekayə yazdı, mən də onu tənqid etdim. Bu yazıma görə məni də tənqid edənlər
oldu. Əsəbləşmədim. Amma ortalıqda quyruq bulayanları, təhqir, hədayan
yazanları anlaya bilmədim.
Sizi sikənin adı nədir?
Bəli mən yazıçıyam,
ədəbiyyat adına da iddialıyam. Yazdığım hansısa yazı zəif ola bilər, “tutmaya”
bilər, siz bəyənməyə bilərsiniz! Amma inanın
ki, mən ruhdan düşmürəm və davam edirəm!
Bu yaşdan sonra cılız fikirlər, qərəzli
münasibətlər məni yıprada bilməz. Üzəgülən “dostlar”, açıq düşmənlər bütün gücü
ilə mane olsa da, məni ikinci plana atmağa çalışsa da, heç nəyə nail ola
bilməyəcək. Üzdəyəm, oxunuram, yazmaqdan qorxmuram!
Yersiz fikirləri vecimə
deyil! Özümü Anarı tənqid etməyə haqqı olan yazar hesab edirəm! Siz də məni
tənqid edin. Təhqiri isə heç kəsə bağışlamayacağam!
5. Dost söhbəti və ya Müşfiq Xandan giley
“Ciddi adamlar qeyri-ciddi ədəbiyyat
yarada bilməz, buna əminəm. Azərbaycan ədəbiyyatında xəfiyyə janrını yaradan,
ayaqda saxlayan, inkişaf etdirən yazıçıların heç biri xaraktercə şortikli,
sırğalı, güllü kofta geyinən, şırtılıq edən insanlar olmayıblar və deyildirlər.
Cəmşid Əmirovdan ta Elxan Elatlıya qədər. Onları kostyum, sadə şalvar-köynəkdən
başqa geyimdə gördünüzmü heç?! Bunu ən primitiv misal olaraq çəkdim ha!
Qalanını özünüz zad eləyin, amma siz Allah başınızla...” Bu fikri facebookda dostum Müşfiq Xan yazıb. Bu
statusu copy edib, e-mailimə nə az, nə
çox, düz beş nəfər göndərib. Belə başa düşdüm ki, “şortikli, sırğalı, güllü
kofta geyinən” ədəbiyyatda yalnız mənəm. :)
Dostumun söhbəti mənə
çatmadı. Ola bilsin ki, məni nəzərdə tutmayıb, amma yenə də bu fikirlə razı
deyiləm. “Kostyum, sadə şalvar-köynək” geyinmək istedad, ciddiyət ölçüsü deyil.
Mən bu cür geyinən yüzlərlə cındır, qəhbə xislətli, oğraş adam görmüşəm. Maklerlər
də, rüşvətxor məmurlar da, “kostyum, sadə şalvar-köynək” geyinir.
Azad geyinmək,
qeyri-ciddilik deyil. Sırğa taxmaq, rəngli paltarlar geyinmək “petuxluq” deyil.
İnsanın azadlığını “şırtılıq” hesab etmək sayğısızlıqdır. Əgər kimlərsə sənin
yazdığını ədəbiyyatdan kənar hesab edirsə, onlara qarşı belə hücuma keçmək
olmaz. Yazarın ən gözəl cavabı, yazdığı əsərlərdir!
Hazırda üzdə olan qələm
adamları içərisində “şortikli, sırğalı, güllü kofta geyinən” yeganə adam mənəm.
“Kostyum, sadə şalvar-köynək” geyinən istənilən ciddi yazıçı ilə, istənilən
ədəbiyyat mübahisəsinə, müzakirəyə hazıram. Kimsə özünü buna hazır hesab
edirsə, buyursun!
Müşfiq Xana bu aqressiyanı
yaraşdırmıram. Həm də heç bir səbəbsiz, bəhanəsiz mənə qarşı bu fikrə düşməyini
anlaya bilmirəm. (Bu fikirləri mənə ünvanlamasa belə, yozumda mənə
yönləndirilib. E-mailə yazılanlar bunu təsdiq edir)
Hiç yorum yok:
Yorum Gönder