bukovskininhəyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
bukovskininhəyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.20.2019

Çarlz Bukovski: “Məni tanımaq istəyirsinizsə...”


Çarlz Bukovski: “Məni tanımaq istəyirsinizsə...”

"Məni tanıyan hər kəsin sizə deyə biləcəyi kimi, mən qəbulolunmaz  adamam.  Pis adamları, qanun pozanları, axmaqları sevirəm. Düzgün yaşayan, tətəmiz təraş olunmuş, qalstuklu adamlardan xoşum gəlmir. Ümidsiz adamları sevərəm, xəyalları qırıq, ağılları seyrək, yollarını sapmış adamları..."

Amerikan Ordusunun çavuşlarından biri, polyak əsilli Henrix Karl Bukovski, I Dünya Müharibəsindən sonra xidməti borcunu yerinə yetirmək üçün Almaniyaya gedir və orada tanış olduğu Katarina adlı qadınla evlənir. 16 Avqust 1920-ci ildə övladları dünyaya gəlir və onun adını da Henrix qoyurlar. Gənc cütlük 1923-cü ildə Amerikaya köçür. Əvvəl Baltimor, daha sonra  Los Ancelesdə  özünə gələcək axtaran Henrix, oğuluna əzab verməyə başlayır. Əvvəlcə Henri ardından imtina edib, adını Çarlz olaraq dəyişdirən Bukovski, sərt, mərhəmətsiz, üsyankar dilinə görə 6 il dayanmadan, həftədə 3 dəfə onu döyən atasına qarşı nifrətlə böyüyür.