Çarlz Bukovski: “Məni
tanımaq istəyirsinizsə...”
"Məni tanıyan hər
kəsin sizə deyə biləcəyi kimi, mən qəbulolunmaz adamam.
Pis adamları, qanun pozanları, axmaqları sevirəm. Düzgün yaşayan, tətəmiz təraş olunmuş, qalstuklu adamlardan
xoşum
gəlmir. Ümidsiz adamları
sevərəm, xəyalları qırıq, ağılları seyrək, yollarını sapmış adamları..."
Amerikan Ordusunun çavuşlarından
biri, polyak əsilli Henrix Karl Bukovski, I Dünya Müharibəsindən sonra xidməti
borcunu yerinə yetirmək üçün Almaniyaya gedir və orada tanış olduğu Katarina
adlı qadınla evlənir. 16 Avqust 1920-ci ildə övladları dünyaya gəlir və onun
adını da Henrix qoyurlar. Gənc cütlük 1923-cü ildə Amerikaya köçür. Əvvəl
Baltimor, daha sonra Los Ancelesdə özünə gələcək axtaran Henrix, oğuluna
əzab verməyə başlayır. Əvvəlcə Henri ardından imtina edib, adını Çarlz olaraq
dəyişdirən Bukovski, sərt, mərhəmətsiz, üsyankar dilinə görə 6 il dayanmadan, həftədə
3 dəfə onu döyən atasına qarşı nifrətlə böyüyür.
