literatur etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
literatur etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.23.2019

"Qisas" - hekayə (+18)

*

“İndi intiqam zamanıdır.” – Astadan pıçıldadım. Artıq intiqam şeirləri yazmalıyam,  zorakılığın ən ədalətli davranış olduğunu bağırmalıyam dünyaya. Xaos başlamalıdır. Onun anasını ağlatmalıyam. Hər şey kökündən dəyişməlidir. Bütün nəslinə qan qusdurmalıyam o fahişənin. Evlərinin divarlarından qanın soyuq qoxusu yayılmalıdır şəhərin küçələrinə. Bütün avtomobillərin radiolarından mənim intiqam andım səslənməlidir. Söyüşlərim, bəddualarım və dəlicəsinə oxuduğum şeirlər qulaqlarında cingildəməlidir. Onun soyuqqanlılıqla mənim əynimə biçdiyi kəfəni yırtmalıyam. Çıxmalıyam bu gecənin qaranlığından. İnsafdan və şəfqətdən məhrum olan barmaqlarım tətiyi çəkib sərsəri gülləni onun beyninə göndərməlidir. Yatmış divin oyanmaq zamanı gəldi. Bıçağı çox ehtiyatla saplamalıyam ürəyinə – yeni cücərən sevgilər çox can verməsin deyə. Avtomobilimin maqintafonunda yüksək səslə “The Prodigy” dinləyirəm. “Smack my bitch up” deyə bağırır maqintafon. Smack my bitch up! Silahın soyuqluğu əllərimi üşüdür. Maşının güzgüsündə qızarmış gözlərimə baxıram.

Alkaqol. Bonzai. Kokain.