Avstriyalı nevroloq, psixoanalizin banilərindən biri Freud ömrünün 30 ilini “Qadın nə istəyir?” sualının cavabını tapmağa həsr edib. Heyhat ki, bu sadə görünən qəliz sualın cavabını tapmadan dünyadan köçüb. Freud “Qadın nə istəyir?” sualının cavabını tapa bilməsə də, sual ətrafında o qədər düşünüb ki, cild-cild sanballı əsərlər qoyub gedib.
Deyəcəksiniz ki, Freud hardan yadına düşdü? Səbirli olun. Cəld bir şəkildə mətləbə keçirəm. Freudun çözə bilmədiyi “Qadın nə istəyir?” sualını məhəlli aspektən çözməyə çalışacağam. (paaah!) “Azərbaycan qadını nə istəyir?” sualı bəlkə də Freudun qlobal sualından daha çətin, daha ağırdır.
Cəlil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Cəlil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
8.21.2019
5.23.2019
Baş tutmayacaq intiqam - Hekayə
– Məni tərk etsən, yaşaya bilmərəm. Həyatımda heç kəsi sənin qədər sevməmişəm. Bunu mənə eləmə! Getmə, Nəzrin… – Qorqud Nəzrinin ayaqlarından qucaqlayb uşaq kimi hönkürdü.
– Artıq, heç nəyi geri qaytarmaq mümkün deyil. Sənə qarşı hislərim bitib. Sən də aylardır əzab çəkirsən. Kaş sənə yalançı vədlər, tuta bilmədiyim sözlər verməzdim. İki mədəni insan kimi ayrılmağı bacarmalıyıq. Uşaq deyilsən ki…Bir az təmkinli, səbirli ol. Məni unutmağa çalış. Artıq səni sevmirəm. Mən sənin hislərinə layiq deyiləm.
– Bəs mənim həyatım necə olacaq?
– Bağışla məni. Amma sənə kömək edə bilmərəm. Gedəni saxlamaq olmaz…
***
"Qisas" - hekayə (+18)
*
“İndi intiqam zamanıdır.” – Astadan pıçıldadım. Artıq intiqam şeirləri yazmalıyam, zorakılığın ən ədalətli davranış olduğunu bağırmalıyam dünyaya. Xaos başlamalıdır. Onun anasını ağlatmalıyam. Hər şey kökündən dəyişməlidir. Bütün nəslinə qan qusdurmalıyam o fahişənin. Evlərinin divarlarından qanın soyuq qoxusu yayılmalıdır şəhərin küçələrinə. Bütün avtomobillərin radiolarından mənim intiqam andım səslənməlidir. Söyüşlərim, bəddualarım və dəlicəsinə oxuduğum şeirlər qulaqlarında cingildəməlidir. Onun soyuqqanlılıqla mənim əynimə biçdiyi kəfəni yırtmalıyam. Çıxmalıyam bu gecənin qaranlığından. İnsafdan və şəfqətdən məhrum olan barmaqlarım tətiyi çəkib sərsəri gülləni onun beyninə göndərməlidir. Yatmış divin oyanmaq zamanı gəldi. Bıçağı çox ehtiyatla saplamalıyam ürəyinə – yeni cücərən sevgilər çox can verməsin deyə. Avtomobilimin maqintafonunda yüksək səslə “The Prodigy” dinləyirəm. “Smack my bitch up” deyə bağırır maqintafon. Smack my bitch up! Silahın soyuqluğu əllərimi üşüdür. Maşının güzgüsündə qızarmış gözlərimə baxıram.
Alkaqol. Bonzai. Kokain.
5.07.2019
Friedrich Nietzsche: “Mən sizdənəm və sizin düşməninizəm”
"Zərdüşt belə deyirdi" kitabından bir parça...
Almancadan tərcümə edən: Cəlil Cavanşir
Heç birimiz ən ciddi
düşmənlərimizdən aman diləmirik. Eyni şəkildə qəlbən bağlandığımız, sevdiyimiz
insanlardan aman diləmirik. İmkan verin sizə həqiqətləri izah edim: Savaşdakı
qardaşlarım, sizi bütün qəlbimlə sevirəm. Mən sizdənəm və sizin ən yaxşı düşməninizəm.
İmkan verin sizə həqiqəti deyim.
Qəlbinizdəki kini və həsədi
bilirəm. Kini və həsədi tanımayacaq qədər böyük deyilsiniz. Heç olmasa bunları
unutmayacaq qədər böyük olun.
Həqiqətə mücahidi olmasanız belə, heç olmasa onun üçün
savaşanlardan olun. Bunlar o müqəddəsliyin yolçuları və öncülləridir. Çoxlu əskər görürürəm. Çoxlu düşmən görmək
istərdim!
Mən sizi tanıyıram.
Sizin kin bəslədiyiniz düşmənləriniz olmalıdır, xor görüləcək düşmənləriniz olmamalıdır.
1.20.2016
Vüsat O. Bener: “Həvva” (tərcümə)
Mənim saçlarım yumşaqdır. Həvvanın saçları keçə kimi. Anam ülgüclə iki dəfə dibindən qazıtdırdı, saçları uzansın deyə, amma uzanmadı, qısa qaldı. Burnu da elə eybəcərdir ki! Yastıburun. Eynən dərs kitablarımızdakı meymunun burnuna bənzəyir burnu. Heç sevmirəm onu. Pis, oğru.
Anam bu gün onu yaxşıca döydü. Təbii ki, döyməlidi. Qonaq otağımızdakı gözəl xalçamızı kəsib. Dəlidirmi bu? Anam: Ay qız, niyə kəsdin xalçanı? dedi. O: Quş var xalçanın içində, ağ quş. Onu çıxaracaqdı. Gördünmü quşu? Bir də “Tövbə, tövbə ana” deməyi öyrənib, dayanmadan təkrarlayır.
Bir işə yarasa, dərd yarıdır. Hardan görüb ki! Sən ona imkan ver, ora-buranı qurdalasın. Miskin. Üstəlik bacarıqsızdır. Səkkiz saata çirkli qabları yuyub qurtara bilmir. Bir də doymaq bilmir. Yaxşıdır, vallah!
Ötən gün görün nə olub. Anam qonaq getmişdi. Evdə tək qaldıq bununla. Bizim qonşu imamın oğlu Rəcəb evimizin qabağından keçdi. Dönüb bir də keçdi. Ondan sonra da evimizin qarşısındakı səkidə oturub mahnı oxumağa başladı. Necədə iyrənc səsi var. Bu da divanda oturmuşdu. Qəfildən yerindən atıldı. Qorxdum. Sonra marağımı saxlaya bilmədim, buna nə oldu deyə. Arxasınca getdim. Mətbəxə girib, pəncərəni açıb əl yellədir utanmaz. Anama deyəcəm. Onda gününü görər. Ləkəli donumu gizlətdiyim yerdən çıxarıb anama göstərməyi bilir. Nə edim. Tut ləkəsidir. Çıxmadı. O qədər əziyyət çəkdim. İnşallah, başına bir bəla gələr, canımız qurtarar. Allahım, bunu öldür.

8.09.2013
Bakıya sevgilərlə
Yandır Bakını, tazə gülüstan tələb eylə (Həmid Herisçi)
Çirkli küçələrin, prospektlərin
ürək bulandıran,
darıxdırıcı mənzərənlə
küləyinlə, dənizinlə, günəşinlə
dalanınla, tininlə
miskinsən Bakı...
3.15.2013
Budurmu İslam? - I
Malala Yousafzai adı yəqin ki, çoxlarına tanış deyil.
Bu qız 14 yaşında Pakistanın 100 nüfuzlu qadınından biridir.
Bu qızcığaz BBC-nin urdu bürosu üçün yazılar yazmağa başlayanda 11 yaşı vardı.
2 gün əvvəl “Taliban” terrorçuları tərəfindən güllələndi.
Cəmi 14 yaşı olanda böyük bir terror qruplaşmasına qarşı çıxmışdı.
Malalanın günahı nədir?

Kaydol:
Kayıtlar (Atom)

.jpg)