Friedrich Nietzsche etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Friedrich Nietzsche etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
5.07.2019
Azadlıq, zehni ölüm yoxsa geri qayıdış?- "Kinyas və Kayra” romanı haqqında
Azadlıq nədir?
Azadlıq anlayışını necə qavrayırıq?
Azad insanın konkret tərifini verə bilərikmi?
Bu suallar ətrafında saatlarla diskussiya aparmaq, onlarla kitab yazmaq mümkündür. Amma bu yazıda mənim məqsədim azadlıq haqda ətraflı diskussiya açmaq, mövzu ətrafında polemika yaratmaq deyil. Haqqında yazacağım romanı qavramaq üçün, sadəcə ekzistensialist dünyagörüşünün azadlıq və azad insan haqda irəli sürdüyü bir neçə məqama toxunacağam.
Ekzistensializmə görə insan heç bir kənar təsir altında qalmadan, təbii şəkildə, sosial zərurətin təsiri altında formalaşan əşya kimi çıxış etmədən, seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. Azad insan etdiyi hərəkətlərə, atdığı addımlara, davranışlarına görə məsuliyyət daşıyır. Azad insan şərtlər nə olursa olsun, heç bir halda məsuliyyəti boynundan atmır, özünə bəraət qazandırmır.
Ekzistensializm XX əsrdə fəlsəfədə yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biridir..
Friedrich Nietzsche: “Mən sizdənəm və sizin düşməninizəm”
"Zərdüşt belə deyirdi" kitabından bir parça...
Almancadan tərcümə edən: Cəlil Cavanşir
Heç birimiz ən ciddi
düşmənlərimizdən aman diləmirik. Eyni şəkildə qəlbən bağlandığımız, sevdiyimiz
insanlardan aman diləmirik. İmkan verin sizə həqiqətləri izah edim: Savaşdakı
qardaşlarım, sizi bütün qəlbimlə sevirəm. Mən sizdənəm və sizin ən yaxşı düşməninizəm.
İmkan verin sizə həqiqəti deyim.
Qəlbinizdəki kini və həsədi
bilirəm. Kini və həsədi tanımayacaq qədər böyük deyilsiniz. Heç olmasa bunları
unutmayacaq qədər böyük olun.
Həqiqətə mücahidi olmasanız belə, heç olmasa onun üçün
savaşanlardan olun. Bunlar o müqəddəsliyin yolçuları və öncülləridir. Çoxlu əskər görürürəm. Çoxlu düşmən görmək
istərdim!
Mən sizi tanıyıram.
Sizin kin bəslədiyiniz düşmənləriniz olmalıdır, xor görüləcək düşmənləriniz olmamalıdır.
Kaydol:
Kayıtlar (Atom)

