"Zərdüşt belə deyirdi" kitabından bir parça...
Almancadan tərcümə edən: Cəlil Cavanşir
Heç birimiz ən ciddi
düşmənlərimizdən aman diləmirik. Eyni şəkildə qəlbən bağlandığımız, sevdiyimiz
insanlardan aman diləmirik. İmkan verin sizə həqiqətləri izah edim: Savaşdakı
qardaşlarım, sizi bütün qəlbimlə sevirəm. Mən sizdənəm və sizin ən yaxşı düşməninizəm.
İmkan verin sizə həqiqəti deyim.
Qəlbinizdəki kini və həsədi
bilirəm. Kini və həsədi tanımayacaq qədər böyük deyilsiniz. Heç olmasa bunları
unutmayacaq qədər böyük olun.
Həqiqətə mücahidi olmasanız belə, heç olmasa onun üçün
savaşanlardan olun. Bunlar o müqəddəsliyin yolçuları və öncülləridir. Çoxlu əskər görürürəm. Çoxlu düşmən görmək
istərdim!
Mən sizi tanıyıram.
Sizin kin bəslədiyiniz düşmənləriniz olmalıdır, xor görüləcək düşmənləriniz olmamalıdır.
Geyindikləri şeyə
uniforma deyirlər kaş ki, uniformanın içindəkilər cansıxıcı olmasaydı.
Gözləri hər zaman
düşməni, öz düşmənini axtaran adamlar olun. Bəziləriniz ilk baxışdan kinli görünürsünüz.
Düşməninizi axtarmalısınız. Öz düşüncələriniz
üçün öz azadlığınızı axtarmalısınız. Düşəncələriniz məğlub olsa da, səmimiyyətiniz
zəfər qazanmalıdır.
Siz sülhü, yeni
savaşlar üçün vasitə olaraq sevməlisiniz. Uzunmüddətli sülhdənsə, qısamüddətli
sülhü sevməlisiniz.
“Yaxşı nədir?” deyə
soruşursunuz. Cəsur olmaq yaxşıdır. Bu fikri qoy balaca qızlar desin: “Yaxşılıq
həm gözəl, həm də sevimlidir”.
Qəlbinizin daşdan
olduğunu deyirlər, ancaq qəlbiniz safdır və mən səmimi utancınızı sevirəm. Siz
yüksəlişinizdən utanırsınız, başqaları alçaqlıqlarından.
Eybəcərsinizmi? Yaxşı
qardaşlarım, elə isə eybəcərliyin xirqəsi olan “ali”liyə bürünün. Ruhunuz
böyüdüyü zaman coşur. Sizin ucalığınızda qəzəb var.
Sizi tanıyıram. Qəzəb
və məsumluq çox az qarşılaşır, ancaq onlar bir-birini başa düşmürlər. Mən sizi
tanıyıram. Düşmənlərinizə nifrət etməlisiniz, onlara ikrahla yanaşmamalısınız.
Düşməninizlə qürur
duymalısınız. O zaman düşməninizin uğuru da sizin uğurunuz olar.
Təslimiyyət – bu kölənin
kübarlığıdır. Sizin kübarlığınız əmrə
müntəzir olmaqıdır. Verdiyiniz əmir itaət olmalıdır. Ciddi bir düşmənin
qulağına “sən etməlisən” fikri “mən istəyirəm” fikrindən daha xoş gəlir və
sevdiyiniz hər şeyə özünüz sahiblənməlisiniz.
Həyata olan sevginiz ən
yüksək ümidə olan sevginiz olsun, ən yüksək ümidiniz, ən yüksək həyat düşüncəniz
olsun; ən ali düşüncənizə isə mən komanda verəcəm! Komanda budur: İnsan məğlub
edilməli məxluqdur. Beləcə boyun əyməyin və həyatınızı savaş içində davam
etdirin. Uzun yaşamağın mənası nədir? Hansı düşmən dəstəklənmək istər?
Mən sizi dəstəkləmirəm.
Mən sizi qəlbən sevirəm mənim savaşdakı qardaşlarım.
"Zərdüşt belə deyirdi"
Hiç yorum yok:
Yorum Gönder