-Gecələri ağrıların çox olur?
-Bir siqaret yandırıram, dözürəm.
Amma hərdən, qıvrılıram ağrıdan,
Dəli kimi sabahacan gəzirəm.
-Bir siqaret yandırıram, dözürəm.
Amma hərdən, qıvrılıram ağrıdan,
Dəli kimi sabahacan gəzirəm.
-Çox cavansan, uşaqlar da balaca
Həm də təksən, kim qalacaq yanında?
Ata-anan da yaşlıdır, qulaq as,
Təsəlli-zad verməyəcəm yalandan.
Həm də təksən, kim qalacaq yanında?
Ata-anan da yaşlıdır, qulaq as,
Təsəlli-zad verməyəcəm yalandan.
-Bəlkə bir il də dözərsən, səbr elə
Yaşın qırxı keçməyib heç, cavansan...
Siqareti, içkini də at getsin,
Bir də əsla ruhdan düşmə, bacarsan...
Yaşın qırxı keçməyib heç, cavansan...
Siqareti, içkini də at getsin,
Bir də əsla ruhdan düşmə, bacarsan...
-Bir də bütün dərmanlara diqqət et
-Dərman içsəm keçəcəkmi xəstəlik?
-İradəndən asılıdır, səbr elə,
Gör nə qədər xəstəliyi yenmişik...
-Dərman içsəm keçəcəkmi xəstəlik?
-İradəndən asılıdır, səbr elə,
Gör nə qədər xəstəliyi yenmişik...
-Ruhdan düşmə, sağalanlar çox olub.
-Amma, bundan ölənlər də çox olur
-Savadlısan, sənə yalan deməyim.
Zatən hamı ölür, gedir, yox olur...
-Amma, bundan ölənlər də çox olur
-Savadlısan, sənə yalan deməyim.
Zatən hamı ölür, gedir, yox olur...
-Bilirsənmi, qolundakı ağrılar,
Kəsib atsaq, ya yandırsaq keçəcək.
Bəlkə yüz il yaşayarsan tək qolla,
Amma qalsa...
-Özü qopub düşəcək?
Kəsib atsaq, ya yandırsaq keçəcək.
Bəlkə yüz il yaşayarsan tək qolla,
Amma qalsa...
-Özü qopub düşəcək?
-Doktor, mənə düzünü de, bir əllə.
Ağrılarım azalarmı, dinərmi?
İşdi əgər sol qolumu kəssələr,
Sol tərəfim bu yoxluğa dözərmi?
Ağrılarım azalarmı, dinərmi?
İşdi əgər sol qolumu kəssələr,
Sol tərəfim bu yoxluğa dözərmi?
-Bilirsənmi, sən cavansan, dözərsən.
Ən uzağı barışarsan üç aya,
Əl-ayağın itirənlər görmüşəm,
Diş qıcayıb bəzən ən pis ağrıya...
Ən uzağı barışarsan üç aya,
Əl-ayağın itirənlər görmüşəm,
Diş qıcayıb bəzən ən pis ağrıya...
-Bilirsənmi, doktor sən də haqlısan
Xəstəliyin olmur pisi, qəşəngi.
Ən yaxşısı, yavaş-yavaş yandıraq,
Mən qızarmış xoşlayıram xərçəngi...
Xəstəliyin olmur pisi, qəşəngi.
Ən yaxşısı, yavaş-yavaş yandıraq,
Mən qızarmış xoşlayıram xərçəngi...
Hiç yorum yok:
Yorum Gönder