Uçuşurlar şəhərə.
Hardasa yağacaq qar
Nə xoşbəxtdir deyirəm,
Evli bəxtəvərlərə…
Yerində donub qaldın,
Gözlərin də arxada.
Boşuna qaçırsan sən,
Bu qışdan uzaqlara.
Çöllər dilsiz və soyuq
Dünya açılan qapı
Sənin tək müflislərin,
Girdabdadır əzabı.
Sən də solğunlaşmısan,
Qış
qürbəttək yamandır.
Soyuq – göy
qatlarına
Yüksələn bir dumandır.
Uç get, söylə nəğməni
Tənha çöl quşlarıtək
Gizlət sən öz qəlbini
Buza, qara bükərək.
Qarıldaşan qarğalar
Uçuşurlar şəhərə.
Hardasa yağacaq qar.
Yenə əzab çəkəcək.
Yersiz, yurdsuz yazıqlar.
Hiç yorum yok:
Yorum Gönder