Yazar olmaq üçün litseydən qaçdı...
Mançestrdə
tacir ailəsində doğulan, morfinin və digər narkotiklərin yorulmaz təbliğatçısı
və morfin aludəçisi olan Tomas De Kvensi ingilis ədəbiyyatında önəmli bir yerə
sahibdir. 1785-ci ildə zəngin tacir ailəsində doğulsa da, pula, var-dövlətə o qədər
də marağı yox idi. Daima narahat və melanxolik ovqatı ilə ailəsini bezdirən
Tomas təhsil aldığı Mançestr litseyindən anasına yazdığı məktublarda mənəvi cəhətdən
yorulduğunu çatdırmağa çalşsa da, ailəsi onun melanxoliyasını, tənhalğını və
şikayətlərini ciddiyə almırdı. Tomas məktublarının birində anasına yazırdı: “Təbii
olaraq tənhalıqdan məmnunam, amma hər kəsin kaş ki, yanımda biri olsaydı dediyi
anlar olur”. Atasının ölümündən sonra ailənin bütün yükünü çəkən, Tomasın digər
qardaşlarına və bacılarına baxmağa məcbur olan anası oğlunun nazını çəkə bilməzdi.
Anasına görə Tomasın melanxoliyası dünyada heç bir həkimin müalicə edə bilməyəcəyi
xəstə zehniyyətdən qaynaqlanırdı. Doğmalarının belə anlamadığı gənc Tomas
litseyin üçüncü kursuna qədər səbr edə bildi. Tomasın ən böyük arzusu yazar
olmaq idi və o, 17 yaşında xəyyallarının arxasınca getmək üçün litseydən qaçır.
Tomas çox sadə plan qurmuşdu. Dövrünün bir çox gənc şairləri kimi o da Uilliam
Vortsvorda pərəstiş edirdi. Litseydən ayrıldıqdan sonra məqsədi Vortsvordun
yaşadığı göllər bölgəsinə getmək, onunla görüşmək idi. Ailəsindən pul istəməyi
mümkün deyildi. Amma onun səyahət fikrini hər zaman dəstəkləyən dayısı ona köməklik
edə bilərdi. Tomas nə ailəsini, nə də dayısını narahat etmədən, Vortsvordun
yanınan getmək fikrindən də daşınaraq Galler bölgəsini gəzməyə qərar verdi. Ailəsi
Tomasın harada olmasından xəbərsiz, Tomas da pulsuz və səfil vəziyyətdə idi. O
heç kəsdən kömək istəməyi özünə sığışdırmırdı. Bir neçə aydan sonra ailə
dostları Toması London küçələrində avaralanarkən tapdı. Tomasın aylardır dilənçilərin,
küçə uşaqlarının və fahişələrin arasında yaşadığını eşidən ailə dostları dəhşətə
gəlmişdi. Toması tapan ailə dostları onu ailəsinə təhvil verirlər. Beləcə,
yazar olmağı qarşsına məqsəd qoyan gənc, evə dönməyə məcbur olur.
Tomas de Kvensinin evi |
Kitablar və fahişələr arasında
Uzun müddət
Londonda yaşadığı səfil həyat Tomasın gözünü qorxutmuşdu. Ona görə də anasının
istəklətini yerinə yetirməyə etiraz etmədi.
Anası Onu Oksforddakı “Worcester” Kollecıni yazdırır. Anası ən böyük arzusu
onun təhsil alması, elmlə məşğul olması idi. Yazar olmaq üçün ilk cəhdi
fiaskoya uğrayan Tomas özünü tamamən dərslərinə həsr etmiş, xeyli dostlar
qazanmışdı. Amma yenə də yaşadığı həyatdan məmnun deyildi. Universitet gəncliyini
içki içən, mənasz söhbətlər edən, intellektuallıqdan uzaq gənclər hesab edir,
amma içki məclislərdindən geri qalmırdı. Özünü bu mühitdə tapmasa da, London
küçələrinin vəziyyəti ilə müqayisədə özünü cənnətdəki kimi hiss edirdi.
Vortsvorta həddindən artıq heyran olan Tomas yanına gedib çıxa bilməsə də ona
heyranlıq dolu bir məktub göndərdi. Məktubun başdan-sona yaltaqlıq olduğunu görən
Vortsvord Tomasa çox sərt bir cavab məktubu yazdı. Tomas ruhdan düşmədi. Artıq
pulu olduğu üçün özünü kitablara həsr etdi və fahişələrlə vaxt keçirməyə
başladı. Kitablar onun xilaskarı, fahişələr təsəllisi idi.
Narkotiklə tanışlq
1804-cü ildə
Tomas de Kvensi ilk dəfə morfinlə tanış olur. Diş ağrısı səbəbi ilə morfi
istifadə etməyə başlayan yazar, bir daha bu yoldan geri dönə bilmədi. Tomas De
Kvensi yazırdı ki, “Xoşbəxtliyi bir peniyə satın almaq, qoltuq cibində gəzdirmək
mümkündür.” Narkotik istifadə etdikdən sonra operalara və konsertlərə ayaq açan
Tomas, sənətdən ikiqat artıq zövq almağa başladı. Kollecdə isə yalnız üç həftədə
bir dəfə narkotik istifadə edir, özünü aludəçilikdən qorumağı da bacarırdı. 21
yaşına çatanda atasından qalan mirasdan ona çox böyük miqdarda pay düşdü. Maddi
təminat onun üçün çox önəmli idi. Bundan sonra anasından aslı deyildi və istədiyini
edə bilərdi. Müəllimlərindən biri Toması “həyatımda tanıdığım ən ağıllı adam”
deyə tərifləsə də, Tomas Kollecin buraxılış imtahanlarına girməkdən imtina
etdi. Artıq kifayət qədər pulu vardı və
diploma ehtiyacı yox idi. Arzularının arxasınca getməyin zamanı çatdığını
anlayan Tomas yenidən yoxa çıxdı.
Sadəcə özü və kitabları üçün yaşayan yazar
1807-ci ildə
Vortsvordun digər heyranı məhşur şairlərdən Koldric, de Kvensini böyük şairlə
tanış etdi. Tomas artıq 17 yaşında, məhşurlara yaltaqlıq edəcək yeniyetmə deyildi. Artıq Vortsvorda əvvəlki
kimi heyranlığı da qalmamışdı. Hətta onun görüntüsünün, fiziki görünüşünün
şeirlərinin yanında sönük hesab edirdi. 1,75 m boyu olan Vortsvorda “o qədər də
nəhəng adam deyil” deyən Tomasın boyu cəmi 1,52 m idi. Yəni boy-buxun sarıdan istər-istəməz
Vortsvorddan geri qalırdı. Amma böyük ehtimalla şairin ona yazdığı məktubu
unuda bilmirdi. Bütün bunlara baxmayaraq Vortsvordla De Kvensi tez
dostlaşdılar. Hətta 1810-cu ildə Vortsvord De Kvensini üçüncü oğlunun xaç atası
olmasına icazə verdi. Böyük bir ədəbiyyatçı olmağı arzulayan Tomas çox irəli
gedə bilmirdi. Xüsusilə yazı sahəsində uğur qazanmağı 30 yaşına qədər demək
olar ki, mümkün olmadı. Ədəbiyyatdakı xidməti, alman yazıçılarından etdiyi tərcümələrdən
və Vortsvordla birlikdə jurnal çıxarmaqdan ibarət idi. Müxtəlif yazı təklifləri
alsa da, Tomas bu təkliflərin heç birini vaxtında çatdıra bilmirdi.
Kvensinin məzarı |
Tomas De
Kvensinin yazmağına mane olan ən böyük faktor oxuma vərdişi idi. Oxumaq bütün
yazarlar üçün vacib faktor olsa da, De Kvensi əndazəni aşmışdı. Mirasdan gələn
pulun böyük bir hissəsini beş min kitabdan ibarət, möhtəşəm bir şəxsi kitabxana
qurmağa sərf etdi. Mənbələrdə Koldric kimi məhşur bir şairin bir vaxtlar De
Kvensidən oxumaq üçün 500-dən çox kitab aldığı qeyd edilir. Vortsvordun baldızı
Sara, De Kvensi haqqında yazırdı: “Sadəcə özü və kitabları üçün yaşayır”.
Kitablara həddindən çox maraq göstərən De Kvensi evlənəndən sonra kitablarını
saxlamaq üçün ikinci ev tutmağa məcbur olur.
Kitab aludəcisi
De Kvensinin Vortsvordla dostluğu uzun sürmür. Müxtəlif səbəblərdən bu dostluq
pozulur. Morfi aludəçiliyi o həddə çatmışdı ki, o artıq gün ərzində 8.000 damcı
morfi istifadə edirdi. Ara-sıra morfi və narkotik haqqında London jurnallarına
yazılar yazır, bacardıqca insanlardan təcrid olunmağa çalışırdı. 1822-ci ildə
“Bir ingilis morfi aludəçisinin etirafları” kitabı çap olundu. Bu kitab De
Kvensiyə inanılmaz şöhrət və problemlər gətirdi. Dərhal ona cavab olaraq “Morfi
aludəçisinə tövsiyələr” adlı kitab çap olundu. Daha sonra 1823-cü ildə morfi
aludəçilərindən birinin ölümü De Kvensiyə baha başa gəldi. Gənc bir həkim morfi
istifadəçilərinin ondan ilhamlandığı iddiasını irəli sürürdü. Britaniyada həkimlər
XIX əsrdə morfi və narkotik istifadəçilərinin böyük əksəriyyətinin “Bir ingilis
morfi aludəçisinin etirafları” kitabından ilhamlandığı irəli sürürdü. Londonda
böyük əksəriyyət buna inanırdı. De Kvensi kitabına yazdığı ön sözdə deyirdi :
“Bu kitab papası mən olduğum kilsənin doktorinasıdır”. O narkotik istifadəsindən bir gün də olsun
vaz keçmədi. Etiraf edirdi ki, naşirlərin sifarişlərini yerinə yetirməsi üçün
morfi istifadə etməsi mütləqdir.
Özünü
“Narkotik kilsəsinin papası” adlandıran, 1859-cu ildə vəfat edən Tomas De
Kvensi öldüyü günəcən morfi istifadəçisi oldu və öz əcəliylə dünyadan köçdü.
Cəlil Cavanşir
Hiç yorum yok:
Yorum Gönder