4.27.2019

Səni çoxdan unutmuşam... - YENİ ŞEİR

bir gün gəlib deyəcəksən:
"məni unutmusanmı?"
sözün düzü unutmuşam, niyə xatırlayım ki?
gör heç səndən soruşuram:
"mənsiz darıxmısanmı?"
sən ki soyuqqanlı idin, niyə darıxasan ki?
inanırsan, gözlərin də daha yadıma düşmür.
hansı ayın, hansı günü gül almışdın sən mənə?
allah haqqı əllərin də daha yuxuma girmir
heç insan da qəddarlıqla daş basarmı qəlbinə?
inanmazsan,
indi desəm sevgilim var, gülərsən.
səni başqa bədənlərdə unuduram mən yazıq
heç bilmirəm hansı ayın neçəsi,
biz səninlə hansı filmə baxmşıq.

indi necə xatırlayım, saçlarının rəngini?
mən çəkdiyim sığal qalar indiyə?
sən vicdanın, kürəyində xal vardı?
indi durub ilin, günün bu vaxtı,
səni niyə başqasıyla səhv salım,
səni niyə başqasıyla qarışdırım, hə, niyə?
inanmazsan, heç yadıma düşmürsən.
biz nə vaxtsa gəzmişdikmi əl-ələ?
soruşmazsan, necə keçdi bu illər,
illərdi də, keçib gedir, illərin nə vecinə
həyatdı da, düşür hər cür şəkilə
səni çoxdan unutmuşam,
kef elə...

Hiç yorum yok:

Yorum Gönder