Mənim saçlarım yumşaqdır. Həvvanın saçları keçə kimi. Anam ülgüclə iki dəfə dibindən qazıtdırdı, saçları uzansın deyə, amma uzanmadı, qısa qaldı. Burnu da elə eybəcərdir ki! Yastıburun. Eynən dərs kitablarımızdakı meymunun burnuna bənzəyir burnu. Heç sevmirəm onu. Pis, oğru.
Anam bu gün onu yaxşıca döydü. Təbii ki, döyməlidi. Qonaq otağımızdakı gözəl xalçamızı kəsib. Dəlidirmi bu? Anam: Ay qız, niyə kəsdin xalçanı? dedi. O: Quş var xalçanın içində, ağ quş. Onu çıxaracaqdı. Gördünmü quşu? Bir də “Tövbə, tövbə ana” deməyi öyrənib, dayanmadan təkrarlayır.
Bir işə yarasa, dərd yarıdır. Hardan görüb ki! Sən ona imkan ver, ora-buranı qurdalasın. Miskin. Üstəlik bacarıqsızdır. Səkkiz saata çirkli qabları yuyub qurtara bilmir. Bir də doymaq bilmir. Yaxşıdır, vallah!
Ötən gün görün nə olub. Anam qonaq getmişdi. Evdə tək qaldıq bununla. Bizim qonşu imamın oğlu Rəcəb evimizin qabağından keçdi. Dönüb bir də keçdi. Ondan sonra da evimizin qarşısındakı səkidə oturub mahnı oxumağa başladı. Necədə iyrənc səsi var. Bu da divanda oturmuşdu. Qəfildən yerindən atıldı. Qorxdum. Sonra marağımı saxlaya bilmədim, buna nə oldu deyə. Arxasınca getdim. Mətbəxə girib, pəncərəni açıb əl yellədir utanmaz. Anama deyəcəm. Onda gününü görər. Ləkəli donumu gizlətdiyim yerdən çıxarıb anama göstərməyi bilir. Nə edim. Tut ləkəsidir. Çıxmadı. O qədər əziyyət çəkdim. İnşallah, başına bir bəla gələr, canımız qurtarar. Allahım, bunu öldür.
herman hesse etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
herman hesse etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
1.20.2016
Həsir kreslonun nağılı - Herman Hesse
Cavan oğlan
çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün
bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca
oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik
güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir
albomu başdan ayağa bu cür şəkillərlə doldurmuş, bəzilərini bir o qədər
bəyənməmişdi.
-Bu barədə təhsilim olmadığını düşünsək, hərdən öz-özünə
danışırdı, bu şəkil əslində heç də pis deyil. Burnun yanındakı qırışlar da, düzü
çox maraqlıdır. Belə çıxır ki məndə dahilərdən bəzi əlamətlər var, ya da buna
bənzər nəsə. Sadəcə ağız kənarlarını bir az aşağıya uzadım, onda rəsm tamamilə
özünəməxsus məna daşıyacaq, əməlli-başlı
melanxolik məna.
Təəssüf ki, bir müddət sonra yenidən nəzərdən keçirəndə,
qətiyyən bəyənmirdi çəkdiyi rəsmləri. Bu yaxşılığa yozulmurdu, amma bunu
yaradıcılığında uğur hesab edir, getdikcə özündən daha yaxşı işlər gözlədiyi
qənaətinə gəlirdi.
Çardaqdakı əşyalarıyla heç də xoş və isti münasibətdə olduğu
deyilə bilməzdi, amma bu əlaqəni pis də saymaq olmazdı. Onlara insanların
böyük əksəriyyətindən nə çox, nə də az
haqsızlıq edirdi. Demək olar ki onları görmür, tanımırdı.
Bir portretini çəkməyə çalışıb, alındıra bilməyəndə, bəzən
oturub kitab oxuyurdu. Kitablardan öyrəndiyinə görə, başqaları da onun kimi
təvazökar, tanınmamış gənclər olaraq işə başlamış, daha sonra da çox məşhur
şəxslərə çevrilmişdilər. Belə kitablar üçün ürəyi gedir, bu kitablarda öz
gələcəyini oxuyurdu.
Kaydol:
Kayıtlar (Atom)

