oncayoksullukvarken etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
oncayoksullukvarken etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
8.21.2019
Yəhudi fahişə müsəlman uşağı necə xilas etdi? - RESENZİYA
Keçən əsrin 70-ci illərində ünlü fransız yazıçısı Romen Qari ciddi tənqidlərə tuş gəldiyi ərəfədə Fransada hər kəs ədəbiyyatda uğurlu addımlar atan Emil Ajardan danışırdı. Emil Ajar fransız ədəbiyyatında qəfildən peyda olsa da, tez bir zamanda parlamağı, oxucuların sevimlisinə çevrilməyi bacardı. 1975-ci ildə qələmə aldığı “Həyat irəlidədir” romanı oxucuların və tənqidçilərin diqqətini tez bir zamanda özünə çəkdi, satış rekordları qırdı. Heç kəsin tanımadığı yazıçı Emil Ajar roman çap olunduğu il ədəbiyyat sahəsində nüfuzlu mükafatlardan biri hesab olunan “Qonkur”u qazandı. Mükafatın təqdimetmə mərasiminə gəlməyən Emil Ajar vəkili vasitəsi ilə mükafatdan imtina etdiyini bildirdi. Fransız ədəbiyyatının yeni ulduzu Emil Ajar artıq hamı üçün sirli əfsanəyə çevrilmişdi.
Kaydol:
Kayıtlar (Atom)
