1.20.2016

Qərənfili ağlatmaq

1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətllər, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşüb.
 Azadlıq, müstəqillik üçün ayağa qalxmış bir millətin, xalqın haqq səsinin bu şəkildə boğmaq, Sovet hərb maşını üçün yenilik deyildi.  “20 yanvar” faciəsi əslində 18-ci ilin aprel işğalının, 1937-ci il hadisələrinin, Almaniyanın məğlubiyyətindən sonra baş verən qətliamların və iyrəncliklərin, Baltikyanı ölkələrin işğalının, Macarıstan və  Çexoslovakiya hadisələrinin məntiqi davamı idi.

5.23.2015

And olsun qaranlığa!


Gecənin içindəki işığa dikilir baxışlarım -  yoğunam, sərsəriyəm
şeirin üstünə yeriyirəm
gecəni udum-udum içirəm
sabahın adamsızlığına gedirəm
And olsun qaranlığa ki
yalan danışdığını bilirəm...
Ulduzlar qədər uzaqsan və mən səni sevirəm...

5.21.2015

Xarici vətəndaşların “qruzlanma” qaydaları

Avropa Oyunları ərəfəsində, insanlarımızın davranışları, xarici qonaqlara münasibət barədə dəfələrlə yazılıb, efirlərdə bu mövzu ətrafında müzakirələr keçirilib. Şəxsən mən bu müzakirələrin bir neçəsində iştirak edərək oyunlar ərəfəsində vətəndaşlarımızı davranışlarına diqqət  etməyə çağırmışam. İndi deyəcəksiniz ki, biz qonaqpərvər xalqıq, bizim bu cür məsləhətlərə ehtiyacımız yoxdur, qonağı necə qarşılayıb necə yola salmağı çox yaxşı bilirirk. Siz deyəcəksiniz, amma mən qəbul etməyəcəm. Çünki, müşahidələrimdən belə qənaətə gəlmişəm ki, biz heç də dediyimiz qədər qonaqpərvər deyilik. Xaricilərə sadəcə “pulqabı” gözüylə baxıb, əlimizə düşən ilk fürsətdə onları “qazlamağa” çalışırıq. Bunu həm xaricdən gələn qonaqların dilindən eşitmişəm, həm də şəxsən müşahidə etmişəm.

12.28.2013

yandır özünü…

Quluya rimeyk...

Görsən ki, qaranlıq çöküb ölkəyə,
Görsən saxta seçki,
Korrupsiya var
fikir eləmə.
Bütün ölkə yatır, bu sərhəd boyu
Nə qədər imkan var
rahatlan, uyu…

10.14.2013

2x*1y = tənhalıq

İlahi ədalətin öz yerini tutması üçün bəzən bir qurbana ehtiyac olur.  Başqaları buna hazır olmadığı üçün bu qurban mən olmalı idim. Axı hamı uduzmağa hazır olmur...

Sən getdin və mən qurban olmağı seçdim! Sənin xoşbəxtliyin üçün özümü qurban verdim və... 

Dalğalı bir sahildə oturub qatilimi gözləyirəm. İlahi ədalət bərqərar olmalıdır!

9.21.2013

Belə-belə işlər...



Əvvəlcə onu deyim ki, facebook sosial şəbəkəsində fəaliyyətimi müvəqqəti olaraq dondurmuşam.
Öz profilimi dondurduqdan sonra, köşə yazarı olduğum “Ədalət” qəzetinin facebook profilindən müəyyən dostları izləyirdim.
İki gün öncə bu profil də donduruldu. Yəni heç kəsi izləmirəm. Facebook-da baş verənlər, artıq diqqətimdən kənardadır.
Amma bəzi söhbətlər barədə mənə məlumat verirlər, çünki telefonumu söndürməmişəm. Yəni facebookda olmadığımdan istifadə edib, çox da arxamca danışmayın J
Bundan sonra bəzi məsələlərə blogumda münasibət bildirəcəm. Kimin oxumaq imkanı olsa, paylaşsın. Çox uzun yazmayacağam. Vaxtınızı almaq, özüm də vaxt itirmək istəmirəm.

9.07.2013

Yorğun, əsəbi, gərgin

Beynimin içində qancıq, sülənti itlər ulaşır
və yol gedirəm üzü sabaha
əlimin altında yorğun sətirlər
çörəy daraşan qarışqa kimi
ağ vərəqə
daraşır...
daraşır, and olsun Allaha...