İfadə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İfadə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.08.2019

Günther Weisenborn. "İfadə" - Cəlil CAVANŞİRin tərcüməsində


 Saat ona qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım.
Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni formada cavab verirdi. Səslər sanki  uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə vurdum –b,  üç dəfə vurdum –c.
Nizamsız halda divarı döyməyə başladı. Deyəsən başa düşməmişdi. Yenidən divarı taqqıldatmağa başladım, yenə başa düşmədi.
Yüz dəfə təkrarladım, heç cür başa sala bilmirdim. Narahatçılıqdan çıxmaq üçün alnımın tərini sildim. Bu dəfə o mənim anlamadığım tərzdə bəzi işarələr taqqıldatdı, mənim verdiyim işarələri isə başa düşmədi. Ümidsizliyə qapıldım.