Rudolf Otto Wiemer etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Rudolf Otto Wiemer etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5.23.2019

"Belə bir gün idi" - Rudolf Otto Wiemer. Cəlil CAVANŞİRin tərcüməsində




Rudolf Otto Vimer (Rudolf Otto Wiemer) 1905-ci ildə, Fridrixrodada doğulub. Tanınmış alman şairi, nasiri və dramaturqudur. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. 1998-ci ildə vəfat edən Vimer Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.

***

  
Xüsusi bir gündə - babam belə danışırdı və xüsusilə gözəl bir gün olduğunu əlavə edirdi – şosse yoluylala bir adam gedirdi. Qonşusunu məhkəməyə vermək üçün şəhərdəki məhkəməyə getmək istəyirdi. Quşlar oxuyur, günəş şəfəq saçır, fəqət o adam – deyəsən adı Mayer idi - fəqət babam bunu tam olaraq bilmirdi -  üzünü turşutmuşdu, çünki əsəbi və kefsiz idi. Yolda gedərkən dəfələrlə hündürdən: “onu məhkəməyə verəcəyəm, məhkəməyə verəcəyəm!” deyirdi. Elə bu məqamda haqqında danışdığı şəxslə, qonşusu ilə qarşılaşdı.