Quluya rimeyk...
Görsən ki, qaranlıq çöküb ölkəyə,
Görsən saxta seçki,
Korrupsiya var
fikir eləmə.
Bütün ölkə yatır, bu sərhəd boyu
Nə qədər imkan var
rahatlan, uyu…
12.28.2013
10.14.2013
2x*1y = tənhalıq
İlahi ədalətin öz yerini tutması üçün bəzən bir qurbana ehtiyac olur. Başqaları buna hazır olmadığı üçün bu qurban mən olmalı idim. Axı hamı uduzmağa hazır olmur...
Sən getdin və mən qurban olmağı seçdim! Sənin xoşbəxtliyin üçün özümü qurban verdim və...
Dalğalı bir sahildə oturub qatilimi gözləyirəm. İlahi ədalət bərqərar olmalıdır!
Sən getdin və mən qurban olmağı seçdim! Sənin xoşbəxtliyin üçün özümü qurban verdim və...
Dalğalı bir sahildə oturub qatilimi gözləyirəm. İlahi ədalət bərqərar olmalıdır!
9.21.2013
Belə-belə işlər...
Əvvəlcə onu deyim ki,
facebook sosial şəbəkəsində fəaliyyətimi müvəqqəti olaraq dondurmuşam.
Öz profilimi dondurduqdan
sonra, köşə yazarı olduğum “Ədalət” qəzetinin facebook profilindən müəyyən
dostları izləyirdim.
İki gün öncə bu profil də
donduruldu. Yəni heç kəsi izləmirəm. Facebook-da baş verənlər, artıq
diqqətimdən kənardadır.
Amma bəzi söhbətlər barədə
mənə məlumat verirlər, çünki telefonumu söndürməmişəm. Yəni facebookda
olmadığımdan istifadə edib, çox da arxamca danışmayın J
Bundan sonra bəzi
məsələlərə blogumda münasibət bildirəcəm. Kimin oxumaq imkanı olsa, paylaşsın. Çox
uzun yazmayacağam. Vaxtınızı almaq, özüm də vaxt itirmək istəmirəm.
Etiketler:
anar,
celil,
cemil hesenli,
ciddi,
dedektiv,
dost,
dostluq,
edebiyyat,
facebook,
hafiz hacıyev,
kostyum,
mövqe,
nigar kocherli,
prezident,
qara piar,
sırga,
status,
təhqir,
tənqid
Yer:Oğuz
Azerbaijan, Baku
9.07.2013
Yorğun, əsəbi, gərgin
Beynimin içində qancıq, sülənti itlər ulaşır
və yol gedirəm üzü sabaha
əlimin altında yorğun sətirlər
çörəy daraşan qarışqa kimi
ağ vərəqə
daraşır...
daraşır, and olsun Allaha...
və yol gedirəm üzü sabaha
əlimin altında yorğun sətirlər
çörəy daraşan qarışqa kimi
ağ vərəqə
daraşır...
daraşır, and olsun Allaha...
8.09.2013
Bakıya sevgilərlə
Yandır Bakını, tazə gülüstan tələb eylə (Həmid Herisçi)
Çirkli küçələrin, prospektlərin
ürək bulandıran,
darıxdırıcı mənzərənlə
küləyinlə, dənizinlə, günəşinlə
dalanınla, tininlə
miskinsən Bakı...
8.03.2013
Yaxşı oğlan şort geyinməz (ironik hekayət)
(Kişilərin şort geyinməyinə qıcıq olanlar üçün )
O gün şəhərə çıxmışam, şortikdə(şortda). "Sahil" metrosundan çıxıb dənizə doğru yönəldim. Yanımda bir neçə intellektual, şortikli(şortlu), uzunsaç dostum. Bir qız maşınla yanımızdan keçib söz atdı.
O gün şəhərə çıxmışam, şortikdə(şortda). "Sahil" metrosundan çıxıb dənizə doğru yönəldim. Yanımda bir neçə intellektual, şortikli(şortlu), uzunsaç dostum. Bir qız maşınla yanımızdan keçib söz atdı.
Uğursuzlar...
Adamlar konkret ürəyindəkini deməkdən çəkinir. Məsələn qısqandığı adama: "Səndən zəhləm gedir. Sənin uğurlarına əsəbləşirəm. Mən özümü səninlə eyni səviyyədə görürəm, amma sənin qədər uğurlu deyiləm" deyən birisinə rastlamamışam.
Bunu demək çətindir, amma oğraş-oğraş hərəkətlər, qeybət, istehza, "laf sokma", "zarafat" daha iyrənc görünür...
Bunu demək çətindir, amma oğraş-oğraş hərəkətlər, qeybət, istehza, "laf sokma", "zarafat" daha iyrənc görünür...
7.21.2013
37 ölüb, casusluq qalıb
Aşağıda oxuyacağınız yazını
Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onun mənə aldığı yumşaq
kresloma yayxanıb qələmə alıram.
Qətiyyən səhv oxumadınız, “Əsəd
Cahangirin suqqestivi” yazısından sonra hörmətli yazıçımız Kamal
Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti, bilgisayar, bir də kiçik
bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davam etsəm mənə xüsusi təqaüd
də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.
İnanın ki, bu qədər
hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəllimin şərəfinə
gecə-gündüz təriflər yağdırsam yenə də azdır.
İnsan unudur...
(Viskiyə buz atmağı unutduğum üçün, qəzəblə pıçıldadığım misralar...)
Sonra
göz yaşı qurudu.
Çox şükür ki, toparlandı
Əvvəl təkliyə alışdı,
göz yaşı qurudu.
Çox şükür ki, toparlandı
Yaxşı ki,
çox qürurludu...
Yer:Oğuz
Baku, Azerbaijan
3.16.2013
Qisas
O gecə
ulduzlar yerə daha yaxın idi...Əlimi atıb bir-ikisini qoparmaq istədim,
əllərimin ulduzlara çatmadığını bilə-bilə.
Son görüşümüzdə gedəcəyini bildiyim halda səninlə daha çox
vaxt keçirmək istədim. Əslindən son xəyanətindən sonra qalmağının mümkünsüz
olduğunu bilə-bilə.
“Niyə aldatdın? Axı xəyanət etmədən də yaşaya bilərdin”-dedim.
“Mən nə etdiyimi bilmirəm, təmiz başımı itirmişəm”- dedin.
3.15.2013
Anladım ki...
Şahin Amanov üçün...
3-4 ilin söhbətidir, təqvimə qalın, qara hərflərlə yazılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhər kənarındakı hüzursuz və narahat hotel nömrəsində bir həyat qadınına aşiq oldum. Bəzən insan gərəksiz vaxtlarda, gərəksiz insanlara aşiq olur.
İlk dəfə o gecə anladım ki, həyatda bəzi şeylər inadla üst-üstə düşür...
Nigarançılıq...
Görəsən indi necəsən?
Saçına kim sığal çəkir?
Yoxsa yenə yanaqların,
Göz yaşlarından su içir?
Yenə dalğın baxışların,
Kimin üzünə dikilib?
Kimə naz satırsan bu gün?
Nə gizlədim, bu naz əda
Sənin boyuna biçilib...
Saçına kim sığal çəkir?
Yoxsa yenə yanaqların,
Göz yaşlarından su içir?
Yenə dalğın baxışların,
Kimin üzünə dikilib?
Kimə naz satırsan bu gün?
Nə gizlədim, bu naz əda
Sənin boyuna biçilib...
Axırıncı qədəhdən sonra
Bütün biabırçılıq axırıncı qədəhdən sonra baş verir. Hərdən fikirləşirəm ki, sonuncu qədəhi içməsək, bütün başımıza gələnlərdən özümüzü sığortalaya bilərik.
Məclisin əvvəlində hər şey yolunda gedir. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tost deyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozada bir-birimizin yaradıcılığını tərifləyirik. Sonra qəfildən içimizdən kiminsə ağlına gəlir ki, onun telefonunda kədərli musiqilər var. Hərəsi bir ailənin ümid yeri olan yekə-yekə kişilər telefonu masanın ən görkəmlin yerinə qoyub, dirsəklərini masaya söykəyib kədərə qərq olurlar.
Serroz
- Sağ qabırğamın altında və mədəüstü nahiyədə, bəzən bütün qarınıma yayılan, küt və göynərtili ağrılarım var.
Yağlı yeməklərdən sonra özümü çox pis hiss edirəm. İştahsızlıqdan əziyyət çəkirəm. Tez-tez köpürəm. Bəzən üşüdürəm.
- Dayan, dayan. Nəfəs al. Telefonda diaqnoz qoymayacam ki, sənə. Ən yaxşısı gəl bizim klinikaya, səni əməlli-başlı yoxlayaq.
Türk incəsənətinin vicdanı
Onun mahnıları ilə tanış olanda dəli-dolu bir yeniyetməydim. İnsanı başqa aləmə aparan mahnılar damarıma işləyir, qanıma qarışırdı. Tələbəliyimin ilk illərində türkiyəli dostum Şahinlə islamdan, türkçülükdən danışanda, onun mahnıları ətrafında xeyli mübahisələr eləyərdik. O illərin sevimli mahnıları, sevimli müğənniləri başqaydı... Barış Mançonu, Ozan Arifi, Araz Elsəsi, Fatih Kısaparmakı dinlədiyimiz, dinlədikcə coşduğumuz vaxtlar idi... Bir də onun hayqırtılı səsindən dəli-dolu mahnıları sevə-sevə dinlərdik...
Tərcümə polemikasına sözardı
Sualdan başlayaq: Qalın-qalın kitabları tərcümə edənlər doğrudan, bacarıqlı və istedadlıdırlar, yoxsa pul qazanmaq üçün bu işə girişirlər?
İndi tərcümə işlərini müxtəlif kompüter proqramlarının köməyi ilə həyata keçirmək, normal nəticə əldə etmək mümkündür. Müasir dövrdə rəsmi tərcümələri, sənədləri, bəzən də bədii tərcüməni müəyyən proqramlarla asanlaşdırmaq olur. Məsələn, Wordfast, TRADOS və SDLX, translate.google.com, Dilmanc və sair...
Bəzilərinin əsl siması
Bəzi qələm dostlarımız ya özləri haqda mif yaratmağa, ya da haqlarında yaranmış mifə vurulub yaşamağa öyrəşib. Meydanın boş qaldığı dövrlərdə ədəbiyyata gəlib at oynatmağa başlayan, ədəbi həyata özü-özünü gətirən bu insanlar güc-bəla ilə bir-iki şeir, bir-iki hekayə yazıb dahiliklərini elan ediblər.
Əlləri klaviaturaya çatan kimi ona-buna söz atmağa başlayan bəzi “dostlarımız” öz potensiallarının və istedadlarının qısırlığını, qısalığını və ya kiçikliyini qəbul etmək istəmirlər. Tarixi şərait, siyasi vəziyyət hər zaman onların xeyrinə işlədiyindən bu “gülməşəkərlər” özlərinin anadangəlmə dahi olduqlarını düşünüb, sözün qarşısına çıxmaq əvəzinə, arxasında gizlənirlər. Ta fürsət düşənə kimi...
Oxunmayan kitablarım
Əvvəlcə istədim kitab oxumayan dostlarımı, həmkarlarımı, tanışlarımı tənqid edim. Amma bir anlıq əl saxladım. Çünki uzun müddətdir məni narahat edən, hətta depressiyaya düşməyimə səbəb olan bir olay məni dostlarıma, tanışlarıma “ilişmək”dən çəkindirdi.
Məni ağladan kitablar
Həyatlarını dəyişən, etkiləyən kitablar haqqında qələm dostlarım Anar Yusifoğlunun, Qan Turalının, Əziz Rzazadənin yazılarını oxudum.
Bircə Qan Turalı ilə yaş fərqimiz bir neçə aydır. Digər yazarlarımız yaşca məndən böyük olduğu üçün mütaliə oxumaq baxımından məncə daha şanslıydılar.
Onlar kitabın ucuz qiymətə satıldığı, az qala hər evdə kitabxana olan dövrdə doğulublar.
Mənim uşaqlığım dostlarımın uşaqlığından xeyli fərqli olub.
Yenici mütaliəyə başlayan kimi, mədrəsə təhsili və dini kitabların basqısı altında olmuşam.
“Bütün camiləri yıxsaq da...”
Qloballaşan dünya “mədəniyyəti” sürətlə köhnə, təməli olan mədəniyyətləri əzib keçir.
Dünya siyasət oyunlarının məngənəsində inləyir.
Qədim tarixə malik mədəniyyətlər yeni yaranmış “mədəniyyət”in ayaqları altında qalır. Zənnimcə III dünya savaşı məhz mədəniyyət üzərindən aparılır.
Böyük filosof Nitşe deyirdi: “Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.”
“Tərkedilmişlər” filmi

Mən oynadığım bütün filmlərin ikinci dərəcəli aktyoruyam. Yalnız bir neçə dəfə filmin qəhrəmanı olmağı bacarmışam.
Bir neçə dəfə də mənfi qəhrəmanı, qapını çırpıb gedən, sərt baxışlı və soyuqqanlı tipi canlandırmışam...
Rol verilməyəndə kütləvi səhnələrdə oynamışam. Ya da epizodik bir tipi canlandırmışam. Məsələn bir bar köşəsində siqaret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara bir tipi...
Hər şey çox sürətlə dəyişib həyatımda...
Qadının natamamlığı
Hərdən mənə elə gəlir ki, Azərbaycan qadını böyük bir natamamlıqdan əziyyət çəkir. Bütün özəllikləri ilə, bütün gözəl keyfiyyətləri ilə bərabər Azərbaycan qadınında çatışmayan çox şey var. Çox yaxşı dost olmağı bacaran Azərbaycan qadını yaxşı sevgili, yaxşı sevgili olmağı bacaran yaxşı dost ola bilmir. Baxırsan ki, övladı üçün canından keçməyi bacaran, onun gözəl gələcəyi üçün gecə-gündüz çalışan yaxşı ana olmağı bacaran qadın, ərinin həyatını cəhənnəmə çevirib. Bəzən, ictimai cəhətdən fəal, “oxuyub-yazan” cəsarətli bir xanım, sevgilisinə elə “toy tutur” ki, qalırsan düşünə-düşünə. Yəqin ki, yazdıqlarıma ağız büzənlər, hətta məni təhqir edənlər də olacaq. Bəri başdan deyim ki, mən veriləcək reaksiyalara əvvəlcədən hazırlıqlıyam.
Bir neçə müşahidələrimi sizlərlə bölüşüb, fikirlərimi əsaslandırmağa çalışacam. Dünyanın bir nömrəli feministi, böyük yazıçı Simon de Bovuarın təxminən belə bir fikri var; “Qadın doğulmur, amma yaranır”. Bu fikirə söykənərək məsələni çözməyə çalışaq. İllərdir Azərbaycan qadını yaranmır. “Həcər qeyrətli”, “Nigar ismətli”, “Tomris cəsarətli”, “Sara xatun siyasətli” deyə-deyə biz Azərbaycan qadının yaranmasına imkan verməmişik.
Bir neçə müşahidələrimi sizlərlə bölüşüb, fikirlərimi əsaslandırmağa çalışacam. Dünyanın bir nömrəli feministi, böyük yazıçı Simon de Bovuarın təxminən belə bir fikri var; “Qadın doğulmur, amma yaranır”. Bu fikirə söykənərək məsələni çözməyə çalışaq. İllərdir Azərbaycan qadını yaranmır. “Həcər qeyrətli”, “Nigar ismətli”, “Tomris cəsarətli”, “Sara xatun siyasətli” deyə-deyə biz Azərbaycan qadının yaranmasına imkan verməmişik.
Budurmu İslam? – II
Yazı dərc olunandan bu günədək müxtəlif saytlarda, xəbər portallarında bu yazıya qarşı özünü müsəlman hesab edən yazarların hücumu başlayıb.
Yazıya ondan artıq cavab yazılıb, hamısı da ittiham, təhqir dolu.
Heç kim özünü İslamın keşikçisi adlandıran “Taliban”ın törətdiyi qanlı terroru tənqid etmir.
Bütün yazılarda birmənalı olaraq məni və yazının yazılmasında heç bir rolu olmayan ailəmi təhdid və təhqir edirlər.
Budurmu İslam? - I
Malala Yousafzai adı yəqin ki, çoxlarına tanış deyil.
Bu qız 14 yaşında Pakistanın 100 nüfuzlu qadınından biridir.
Bu qızcığaz BBC-nin urdu bürosu üçün yazılar yazmağa başlayanda 11 yaşı vardı.
2 gün əvvəl “Taliban” terrorçuları tərəfindən güllələndi.
Cəmi 14 yaşı olanda böyük bir terror qruplaşmasına qarşı çıxmışdı.
Malalanın günahı nədir?
Bu qız 14 yaşında Pakistanın 100 nüfuzlu qadınından biridir.
Bu qızcığaz BBC-nin urdu bürosu üçün yazılar yazmağa başlayanda 11 yaşı vardı.
2 gün əvvəl “Taliban” terrorçuları tərəfindən güllələndi.
Cəmi 14 yaşı olanda böyük bir terror qruplaşmasına qarşı çıxmışdı.
Malalanın günahı nədir?
Kaydol:
Kayıtlar (Atom)