İntihar haqqında düşünən insan üçün ən pis şey özünü öldürmək deyil, bunu düşünüb həyata keçirə bilməməkdir. İntihar haqqında düşünüb intihar edə bilməmək çox iyrənc dir. Həyat alt-üst olur, çığırından çıxır intihar düşüncəsinə qapılanda. Nə içdiyimiz içkilər, nə yediyimiz təamlar, nə qoxusundan məst olduğumuz çiçəklər, nə də dəlicəsinə sevdiyimiz uşaqlar bizi ovudur.
İntihar düşüncəsinə qapıldınmı, uğursuzluq səni qarabaqara izləməyə başlayır. Hərdən qısa müddətlik uzaqlaşsanda bu düşüncələrdən, hərdən ikiəlli yapışsan da həyatın ətəyindən xilas olmaq olmur, alınmır. Bu doğuşdan lənətlənmək kimidir...
Vərdişə çevrilmiş intihar düşüncəsindən iyrənc bir düşüncə ola bilməz. Məsuliyyət, vicdan, iradə - bu sözlər mənsızcasına dolaşır beynimizdə. Heç bir hiss, heç bir duyğu bizi bu düşüncənin təsirindən çıxarmağa qadir deyil.
Böyük işləri ətrafımızdakı heç kəs bacarmadı: inqilab etmədik, barrikada qurmadıq, işgəncədə dirənmədik, edamda cəlladın üzünə tüpürmədik. Amma biz bunları bacarmadığımız üçün uğursuz deyilik. Hətta böyük savaşlarda uduzsaq da, bunun üçün heç kəs intihar etməz, yenidən savaşmaq gücünü toparlayar, dirənər.
Biz xoşbəxt yuva qurmadığımız, bir qadının nazını çəkə bilmədiyimz, yoxsulluqdan xilas ola bilmədiyimiz, kirayələrdə çürüdüyümüz, bankların borcunu ödəyə bilmədiyimiz, övladlarımızın ac qaldığına şahid olduğumuz üçün uğursuzuq. Adi, bəsit uğursuzluq kimi görünə bilər sadaladıqlarım, amma əslində ən böyük uğursuzluqlardır...
...Və uğursuz olduğumuz üçün intihar düşüncəsindən xilas ola bilmirik. İntihar düşüncəsindən xilas olmağın yeganə yolu təvazökarcasına kəndiri boğazına keçirmək, ya da gülləni alnına sıxmaqdır...
Hiç yorum yok:
Yorum Gönder