Biz “müharibə uşaqlarıydıq”. Əfqanıstan, Qarabağ müharibəsində öldürülənlərin, şikəst qayıdanların, meydanlarda "Azadlıq" bağırmaqdan səsi batanların övladlarıydıq. Biz elektrikin, peyk antenalarının olmadığı dövrdə “Azadlıq” radiosundan Mirzə Xəzər dinləyən qayğılı bir nəsildik. Biz gözümüzü açanda evlərimizdə kitabxanalar, qalaq-qalaq jurnallar görmüşdük. Biz kasıblığa, yoxsulluğa gülə-gülə qane olur, valideyinlərimizdən düz, alnıaçıq yaşamağı öyrənirdik. Bizim uşaqlığımızın ən populyar ideologiyası millətçilik, vətənpərvərlikdi, uzaqbaşı dinə meyillənib namaz qılardıq. Bizim ovqatımız, ruhumuz tamam başqa, həyatdan gözlədiklərimiz fərqliydi. Əksəriyyətimiz travmalarla böyüdük…
Bu mahnı dilimizdən düşmədi :
Onlardan sonrakı dövr daha şanslıdır – “neft bumu” dövrünün uşaqları. Bu nəsil olduqca maraqlı, fərqli, biri digərinə qətiyyən bənzəməyən nəsildir.
Serial, peyk antenaları, sosial şəbəkələr dövrünün yetirmələri…
Biz görüb götürdüklərimizlə ayaqda qalmağı bacarırıq, səbrlə, səbatla davam edirik. Bezsək də, şikayətlənsək də sabaha inamımız var. Görəsən övladlarımız da bunu bacaracaqmı? Dadmadıqları azadlıq üçün mübarizə aparmaq onlara maraqlı görünəcəkmi?
Məncə övladlarımıza əsasən qürur, ləyaqət və azadlıq kimi dəyərləri öyrətməliyik!
Hiç yorum yok:
Yorum Gönder