6.13.2019

Sözlə çəkilən rəsmlər


Sadəliyin təntənəsi – Yapon möcüzəsi

Yapon ədəbiyyatı, xüsusilə yapon şeiri ilə tanışlığımın tarixçəsi 6-7 il ola, olmaya. Oxuduqca, tanıdıqca dərk edirsən ki, müasir dünyanın sürətli inkişafına görə fərqlənən qabaqcıl ölkəsi özünəməxsus mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə də diqqət çəkir. Və şübhəsiz ki, bu sürətli inkişafın və müasir texnaloji kəşflərin arxasında təməli qədim ənənələrə söykənən möhtəşəm mədəniyyət dayanır. Yaponiyanın mədəniyyəti, musiqisi, idmanı, tarixi, özünəməxsus əxlaq qaydaları, müxtəlif və ecazkar sənətləri ilə heyrətamizdir. Şübhəsiz ki, yapon ədəbiyyatı da öz qədim kökləri və ənənələri ilə, özünəməxsus dərin fəlsəfəsi ilə dünya ədəbiyyatında fərqli bir yerə sahibdir.

Yapon ədəbiyyatını bəzən üçüncü, hətta dördüncü dildən tərcüməsini oxumağa məcbur olsam da, onun qeyri-adiliyini duymağa, hiss etməyə çalışmışam.