12.28.2013

yandır özünü…

Quluya rimeyk...

Görsən ki, qaranlıq çöküb ölkəyə,
Görsən saxta seçki,
Korrupsiya var
fikir eləmə.
Bütün ölkə yatır, bu sərhəd boyu
Nə qədər imkan var
rahatlan, uyu…


Qəflətən bir qazi salar hay-həşir
Od vurub özünə,
canından bezər
Haqqını arayar,
haqq da nazilər
Birdən prezdentə çatar bu xəbər,
O da "bir insandı",
çox kədərlənər.

Özünü yandırar, tüstü qoxusu
Göydə allahın da
gəlməz xoşuna.
Sonra da prezdent göstəriş verər
Bir az pul göndərər
Sonra gülər ki:
"Özünü yandırdın boşu-boşuna"

Təzədən qaramat basar ölkəni,
Hanı yazıq qazi?
körpəsi hanı?

… Görsən hər tərəfdən əlin üzülür,
Görsən haqsızlıqdır…
yandır özünü…

Hiç yorum yok:

Yorum Gönder