8.03.2013

Yaxşı oğlan şort geyinməz (ironik hekayət)

(Kişilərin şort geyinməyinə qıcıq olanlar üçün )


O gün şəhərə çıxmışam, şortikdə(şortda). "Sahil" metrosundan çıxıb dənizə doğru yönəldim. Yanımda bir neçə intellektual, şortikli(şortlu), uzunsaç dostum. Bir qız maşınla yanımızdan keçib söz atdı.


Utanıb şortikimin dartışdırdım, eynəyimi düzəltdim. Gördük əl çəkmir. Cəsarət edib qabağa durdum:

"Bacı, nə istəyirsən məndən? Get atana, qardaşına söz at." 

Əl çəkmədi. Dirəşdi ki, ay nə bilim qıçının tükü belə gəldi, saqqalın belə getdi, saçların tökülməyə başlayıb və s. 

Dözə bilmədim. Bu yaşıma çıxmışam, hələ heç bir qadın, heç bir qız mənə söz atmayıb.

Yanımdakı dostum tez bacısının rəfiqələrinə zəng elədi. İki maşın gəlib töküldülər bulvara. Qız başladı xırdalamağa ki, "yaxşı qızın qardaşı şortik geyinməz, sinəsinin tükləri görünməz, krasofkayla ağ corab abırsız görsənir və s." Dostumun bacısının rəfiqələri də ponyatkalı qızlardı. Söhbəti fırladıb, qızı səhv çıxardılar.

Bacı gördü ki, işlər fırıqdı, qaçmaq istədi. Yapışdım yaxasından, səsimi atdım başıma. Dedim "səni tutduracam, həyasız". Yalvardı ki, "ərim var, uşağım var. Bilsələr qaynanam üzümə tüpürəcək." Ürəyim dözmədi. Dedi sən də mənim qardaşım, bir də belə eləmərəm. Nə isə bağışladım. 


Day o gündən şəhərə şortikdə çıxa bilmirəm....

Hiç yorum yok:

Yorum Gönder