9.21.2013

Belə-belə işlər...



Əvvəlcə onu deyim ki, facebook sosial şəbəkəsində fəaliyyətimi müvəqqəti olaraq dondurmuşam.
Öz profilimi dondurduqdan sonra, köşə yazarı olduğum “Ədalət” qəzetinin facebook profilindən müəyyən dostları izləyirdim.
İki gün öncə bu profil də donduruldu. Yəni heç kəsi izləmirəm. Facebook-da baş verənlər, artıq diqqətimdən kənardadır.
Amma bəzi söhbətlər barədə mənə məlumat verirlər, çünki telefonumu söndürməmişəm. Yəni facebookda olmadığımdan istifadə edib, çox da arxamca danışmayın J
Bundan sonra bəzi məsələlərə blogumda münasibət bildirəcəm. Kimin oxumaq imkanı olsa, paylaşsın. Çox uzun yazmayacağam. Vaxtınızı almaq, özüm də vaxt itirmək istəmirəm.


1. Prezident seçkiləri

Prezidentliyə namizədlərin seçki debatını xanımımla bərabər izlədim. Xanımım ali təhsillidir. Müəyyən vaxtlarda jurnalistika ilə məşğul olsa da, apolitikdir. Hazırda tamam başqa sahədə çalışır. Sonuncu debatdan sonra həyat yoldaşım ilk dəfə siyasət haqqında danışdı.
Qətiyyətlə bildirdi ki, bu seçkidə səsverməyə gedəcək və CƏMİL HƏSƏNLİyə səs verəcək! Eyni zamanda hazırki rejimin iyrəncliyini, oyunbazlığını tənqid etdi. Qısacası, hakimiyyət Cəmil müəllimə işləyir! Nə qədər oğraşlıq etsələr, Cəmil Həsənli tərəfdarları bir o qədər artacaq! Biz ailəlikcə Cəmil Həsənliyə səs verəcəyik!









2. Nigar Köçərli və Şərif Ağayar davası

Azadlıq Radiosunda Nigar Köçərlinin Şərif Ağayarı “danlaması”, ona Elxan Elatlı, Varis və Qaraqan kimi yazmağı tövsiyyə etməsi məni də qıcıqlandırdı. Amma Nigar Köçərli ədəbiyyat üçün çox böyük işlər gördüyü üçün, qələm adamlarının onun haqqında hədyan yazması qəbul edilən deyil. Nigar xanım kitab mağazasının sahibi kimi çox satılan müəllifləri dəstəkləməlidir və bu çox normaldır. Əgər bizim yazdığımız kitablar rəflərdə qalırsa, satılmırsa bunun günahkarı Nigar Köçərli deyil. Problem cəmiyyətdədir. Bütün qələm adamları, düşünən insanlar əl-ələ verib cəmiyyəti silkələməli, kitabı təbliğ etməlidir.
Bütün dünyada dedektiv, eşq romanları, tarixi romanlar, dini romanlar və fantastika çox satılır. Ona görə də buna görə ruhdan düşməyə dəyməz. Bestseller yazmaq istəyənlər bu janrlara müraciət edə bilərlər. Özünü ciddi müəllif hesab edənlər isə, çox satılmaq, tiraj dərdində olmasalar yaxşıdır. Ədəbiyyat üçün yazılan əsərlərin bazarı hər zaman kasaddır. Bu tendensiya bizdə də, dünyada da eynidir. Ən doğru olanı yazmaqdır. Çoxlu mütaliə edin və yazın!

3. Facebook bəlası

Facebook  həyatımızın vacib parçasına çevrilib. Ailə qalmaqallarından tutmuş, ciddi siyasi diskusiyalara qədər bütün problemlərdə katalizatorluq edir. Ciddi vaxt itkisinə səbəb olur. Mümkün qədər sosial şəbəkələrdən uzaq olun, bu tora düşməyin. İstifadə edirsinizsə, minimum dərəcədə vaxt ayırın. Statuslarınıza gələn “like”lar, dost siyahınızdakı insanların iltifatı və ya nifrəti sizi çaşdırmasın. Real həyat daha fərqlidir. Müşahidələrimdən bu qərara gəlmişəm ki, beş qəpiklik dəyəri olmayan insanlar şəbəkə fenomeni olmağı bacarıb. Burda hər şey aldadıcı, çaşdırıcıdır.
Şəxsən üz-üzə gələndə məni duz kimi yalayan, əl ayağıma sürtüşən adamlar fürsət tapan kimi arxamca danışmaqdan (oxu: status və şərh yazmaqdan) özlərini saxlaya bilmirlər. Şablon da olsa yazacağam: facebookda vaxt itirməkdənsə kitab oxuyun! Çünki kitabdan alınan enerji qalıcıdır. Facebookdan uzaqlaşa bilmirsinizsə, az istifadə etməyə çalışın.  Mümkün qədər bu bəlaya yox deyin!

4. Anar məsələsi

Xalq yazıçısı Anar zəif bir hekayə yazdı, mən də onu tənqid etdim. Bu yazıma görə məni də tənqid edənlər oldu. Əsəbləşmədim. Amma ortalıqda quyruq bulayanları, təhqir, hədayan yazanları anlaya bilmədim.
Sizi sikənin adı nədir?
Bəli mən yazıçıyam, ədəbiyyat adına da iddialıyam. Yazdığım hansısa yazı zəif ola bilər, “tutmaya” bilər,  siz bəyənməyə bilərsiniz! Amma inanın ki,  mən ruhdan düşmürəm və davam edirəm!  Bu yaşdan sonra cılız fikirlər, qərəzli münasibətlər məni yıprada bilməz. Üzəgülən “dostlar”, açıq düşmənlər bütün gücü ilə mane olsa da, məni ikinci plana atmağa çalışsa da, heç nəyə nail ola bilməyəcək. Üzdəyəm, oxunuram, yazmaqdan qorxmuram!

Yersiz fikirləri vecimə deyil! Özümü Anarı tənqid etməyə haqqı olan yazar hesab edirəm! Siz də məni tənqid edin. Təhqiri isə heç kəsə bağışlamayacağam!

5. Dost söhbəti və ya Müşfiq Xandan giley

“Ciddi adamlar qeyri-ciddi ədəbiyyat yarada bilməz, buna əminəm. Azərbaycan ədəbiyyatında xəfiyyə janrını yaradan, ayaqda saxlayan, inkişaf etdirən yazıçıların heç biri xaraktercə şortikli, sırğalı, güllü kofta geyinən, şırtılıq edən insanlar olmayıblar və deyildirlər. Cəmşid Əmirovdan ta Elxan Elatlıya qədər. Onları kostyum, sadə şalvar-köynəkdən başqa geyimdə gördünüzmü heç?! Bunu ən primitiv misal olaraq çəkdim ha! Qalanını özünüz zad eləyin, amma siz Allah başınızla...” Bu fikri facebookda dostum Müşfiq Xan yazıb. Bu statusu copy edib,  e-mailimə nə az, nə çox, düz beş nəfər göndərib. Belə başa düşdüm ki, “şortikli, sırğalı, güllü kofta geyinən” ədəbiyyatda yalnız mənəm. :)
Dostumun söhbəti mənə çatmadı. Ola bilsin ki, məni nəzərdə tutmayıb, amma yenə də bu fikirlə razı deyiləm. “Kostyum, sadə şalvar-köynək” geyinmək istedad, ciddiyət ölçüsü deyil. Mən bu cür geyinən yüzlərlə cındır, qəhbə xislətli, oğraş adam görmüşəm. Maklerlər də, rüşvətxor məmurlar da, “kostyum, sadə şalvar-köynək” geyinir.
Azad geyinmək, qeyri-ciddilik deyil. Sırğa taxmaq, rəngli paltarlar geyinmək “petuxluq” deyil. İnsanın azadlığını “şırtılıq” hesab etmək sayğısızlıqdır. Əgər kimlərsə sənin yazdığını ədəbiyyatdan kənar hesab edirsə, onlara qarşı belə hücuma keçmək olmaz. Yazarın ən gözəl cavabı, yazdığı əsərlərdir!
Hazırda üzdə olan qələm adamları içərisində “şortikli, sırğalı, güllü kofta geyinən” yeganə adam mənəm. “Kostyum, sadə şalvar-köynək” geyinən istənilən ciddi yazıçı ilə, istənilən ədəbiyyat mübahisəsinə, müzakirəyə hazıram. Kimsə özünü buna hazır hesab edirsə, buyursun!


Müşfiq Xana bu aqressiyanı yaraşdırmıram. Həm də heç bir səbəbsiz, bəhanəsiz mənə qarşı bu fikrə düşməyini anlaya bilmirəm. (Bu fikirləri mənə ünvanlamasa belə, yozumda mənə yönləndirilib. E-mailə yazılanlar bunu təsdiq edir)

Hiç yorum yok:

Yorum Gönder