9.07.2013

Yorğun, əsəbi, gərgin

Beynimin içində qancıq, sülənti itlər ulaşır
və yol gedirəm üzü sabaha
əlimin altında yorğun sətirlər
çörəy daraşan qarışqa kimi
ağ vərəqə
daraşır...
daraşır, and olsun Allaha...


hardasa uzaqda əcaib səslər çıxarır küçə pişikləri
sonuncu siqareti söndürüb
başımı atıram yastığa
Yastığımla cənnətin çoxdur bənzərlikləri...
nəfəsim getdikcə ağırlaşır...
gözümdə işıq öləziyir
yoxxx, həvəsim yoxdu yatmağa...

Beynimin içində küçə pişikləri cütləşir
gecə hamilədir sabaha
başımı yastığa atıb yatıram
Yatıram hər gecə üzü Allaha...

07.09.2013, gecə 03: 05

Hiç yorum yok:

Yorum Gönder