5.07.2019

Friedrich Nietzsche: “Mən sizdənəm və sizin düşməninizəm”


"Zərdüşt belə deyirdi" kitabından bir parça...
Almancadan tərcümə edən: Cəlil Cavanşir

Heç birimiz ən ciddi düşmənlərimizdən aman diləmirik. Eyni şəkildə qəlbən bağlandığımız, sevdiyimiz insanlardan aman diləmirik. İmkan verin sizə həqiqətləri izah edim: Savaşdakı qardaşlarım, sizi bütün qəlbimlə sevirəm. Mən sizdənəm və sizin ən yaxşı düşməninizəm. İmkan verin sizə həqiqəti deyim.
Qəlbinizdəki kini və həsədi bilirəm. Kini və həsədi tanımayacaq qədər böyük deyilsiniz. Heç olmasa bunları unutmayacaq qədər böyük olun.
Həqiqətə mücahidi  olmasanız belə, heç olmasa onun üçün savaşanlardan olun. Bunlar o müqəddəsliyin yolçuları və öncülləridir.  Çoxlu əskər görürürəm. Çoxlu düşmən görmək istərdim!
Mən sizi tanıyıram. Sizin kin bəslədiyiniz düşmənləriniz olmalıdır, xor görüləcək düşmənləriniz olmamalıdır.

Geyindikləri şeyə uniforma deyirlər kaş ki, uniformanın içindəkilər cansıxıcı olmasaydı.
Gözləri hər zaman düşməni, öz düşmənini axtaran adamlar olun. Bəziləriniz ilk baxışdan kinli görünürsünüz. Düşməninizi axtarmalısınız. Öz düşüncələriniz  üçün öz azadlığınızı axtarmalısınız. Düşəncələriniz məğlub olsa da, səmimiyyətiniz zəfər qazanmalıdır.
Siz sülhü, yeni savaşlar üçün vasitə olaraq sevməlisiniz. Uzunmüddətli sülhdənsə, qısamüddətli sülhü sevməlisiniz.
“Yaxşı nədir?” deyə soruşursunuz. Cəsur olmaq yaxşıdır. Bu fikri qoy balaca qızlar desin: “Yaxşılıq həm gözəl, həm də sevimlidir”.
Qəlbinizin daşdan olduğunu deyirlər, ancaq qəlbiniz safdır və mən səmimi utancınızı sevirəm. Siz yüksəlişinizdən utanırsınız, başqaları alçaqlıqlarından.
Eybəcərsinizmi? Yaxşı qardaşlarım, elə isə eybəcərliyin xirqəsi olan “ali”liyə bürünün. Ruhunuz böyüdüyü zaman coşur. Sizin ucalığınızda qəzəb var.
Sizi tanıyıram. Qəzəb və məsumluq çox az qarşılaşır, ancaq onlar bir-birini başa düşmürlər. Mən sizi tanıyıram. Düşmənlərinizə nifrət etməlisiniz, onlara ikrahla yanaşmamalısınız.
Düşməninizlə qürur duymalısınız. O zaman düşməninizin uğuru da sizin uğurunuz olar.
Təslimiyyət – bu kölənin kübarlığıdır. Sizin kübarlığınız  əmrə müntəzir olmaqıdır. Verdiyiniz əmir itaət olmalıdır. Ciddi bir düşmənin qulağına “sən etməlisən” fikri “mən istəyirəm” fikrindən daha xoş gəlir və sevdiyiniz hər şeyə özünüz sahiblənməlisiniz.
Həyata olan sevginiz ən yüksək ümidə olan sevginiz olsun, ən yüksək ümidiniz, ən yüksək həyat düşüncəniz olsun; ən ali düşüncənizə isə mən komanda verəcəm! Komanda budur: İnsan məğlub edilməli məxluqdur. Beləcə boyun əyməyin və həyatınızı savaş içində davam etdirin. Uzun yaşamağın mənası nədir? Hansı düşmən dəstəklənmək istər?
Mən sizi dəstəkləmirəm. Mən sizi qəlbən sevirəm mənim savaşdakı qardaşlarım.

"Zərdüşt belə deyirdi"


Hiç yorum yok:

Yorum Gönder