5.23.2019

"Qisas" - hekayə (+18)

*

“İndi intiqam zamanıdır.” – Astadan pıçıldadım. Artıq intiqam şeirləri yazmalıyam,  zorakılığın ən ədalətli davranış olduğunu bağırmalıyam dünyaya. Xaos başlamalıdır. Onun anasını ağlatmalıyam. Hər şey kökündən dəyişməlidir. Bütün nəslinə qan qusdurmalıyam o fahişənin. Evlərinin divarlarından qanın soyuq qoxusu yayılmalıdır şəhərin küçələrinə. Bütün avtomobillərin radiolarından mənim intiqam andım səslənməlidir. Söyüşlərim, bəddualarım və dəlicəsinə oxuduğum şeirlər qulaqlarında cingildəməlidir. Onun soyuqqanlılıqla mənim əynimə biçdiyi kəfəni yırtmalıyam. Çıxmalıyam bu gecənin qaranlığından. İnsafdan və şəfqətdən məhrum olan barmaqlarım tətiyi çəkib sərsəri gülləni onun beyninə göndərməlidir. Yatmış divin oyanmaq zamanı gəldi. Bıçağı çox ehtiyatla saplamalıyam ürəyinə – yeni cücərən sevgilər çox can verməsin deyə. Avtomobilimin maqintafonunda yüksək səslə “The Prodigy” dinləyirəm. “Smack my bitch up” deyə bağırır maqintafon. Smack my bitch up! Silahın soyuqluğu əllərimi üşüdür. Maşının güzgüsündə qızarmış gözlərimə baxıram.

Alkaqol. Bonzai. Kokain.

Qıyıq gözlərinin altından çənəsinə qədər ülgücün açdığı çuxurlardan buz kimi qanı süzülməlidir yanaqlarına. Gözlərini qıpqırmızı qızarmış qaynar qaşıqla çuxurlarından çıxarmalıyam. Sui-qəsd üçün mükəmməl  gündür…

**

Başqalarının həyatını oyuncağa çevirən və heç nə olmamış kimi, ətrafa təbəssüm saçıb iyrənc həyatına davam edən qadınlara həmişə nifrət etmişəm. Özlərinə hansı bəhanələrlə haqq qazandırmaqlarından asılı olmayaraq iyrənmişəm ucuz həyatın küskün çiçəklərindən. Və intiqam andı içmişəm bu gecə. Hər tərəf qıpqırmızı olacaq. Bu şəhərdəki bütün nərgiz çiçəklərinin rəngi al qırmızı olmalıdır. Zanbaqlar qan qırımızısı açacaq bu gecə. Şairlər bu gecə şərab deyil, qan içəcək. Küçələrdən qan axacaq. Vəhşilik insanın təbiətində var. Qəddarlığı və zülmü mən kəşf etməmişəm. Bu gecə partnyorlarımı sürətlə dəyişərək “ölüm rəqsi”ni sabaha qədər davam edəcəm. Bu gecə bütün fahişəxanalara sadəcə qrup seks üçün gedəcəm. Sabahacan fahişələrin gözlərindən göz yaşı deyil, sperma fışqıracaq. Bu gecə çox iyrənc olacaq!

***

Aylardır heç bir iş görmürəm. Heç bir şey bacarmıram. Qələbənin dadını çoxdan unutmuşam. Aylardır gecələri gözlərimi yummadan sui-qəsd planları qururam. Son qələbəm onu öldürmək olacaq. Çox mükəmməl bir sui-qəsd planım var. Cəmisi bir dəfə titrəyəcək bütün bədəni. Son orqazm – ölüm! Sonra bitəcək. O iyrənc gülüşü əbədi olaraq donacaq dodaqlarında. Bütün oyunlara son! Aylardır bütün düşüncələrimə səsboğucu taxdım. İndi bağıra-bağıra sui-qəsd planınımdan danışacağam bütün telekanlların canlı yayımlarında. Mənim adım Cekdir, Qarındeşən Cek! Bütün fahişələrin qorxulu yuxusuna çevriləcəm şəhərin yarıqaranlıq küçələrində. Mənim keçmişim yoxdur. Mənim sabahım olmayacaq. Bu gün varamsa, intiqam almalıyam. Mənim adım intiqamdır!

Bəlkə də bir psixoterapistdən yardım istəməlidyim. Ruhumu sakitləşdirəcək birinə müraciət etməliydim. Kinimdən, nifrətimdən xilas olacaq, çirkabımı təmizləyəcək seanslara qatılmalıydım bəlkə də. Bəlkə də namaz qılıb, günlərlə inzivaya çəkilib zikr etməliydim. Nə qədər əyləncəli olardı özümü əvvəlki qədər yaxşı hiss etsəm və saqqalımı uzadıb şalvarımın balaqlarını qısaltsam. Ya da kilsəyə getməli və iyirmi beş dənə şam yandırmalıydım.

Psixatr qəbuluna yazılmalı, yarıqaranlıq otaqda uşaqlığıma enməli, təhtəlşüurumu ələ keçirmiş qatillə üzləşməliydim. Xəstəliyimə bir ad verməliydi sakit səslə danşan doktorum: “Depression!” Sonra doktoru öldürüb otaqdakı kassanı soyub qaçsaydım necə olardı? Otaqdan çıxanda psixatrın qəbul otağında növbə gözləyən qlamur, depressiv qızlardan birinin dodaqlarından öpsəydim, sağalardımmı?

****

Bütün şəhər yatır. Bütün küçə itləri, ağaclar, binalar, adını insan qoymuş varlıqlar məsumcasına yatır. Hamı yatır. Torpağın mışıltısını duyuram. Ay bədirlənib. Mən oyağam. Bu gecə də bütün başqa gecələrdə olduğu qədər yuxusuzam. Başımı qaldırıb aya baxıram. Yanıqlı-yanıqlı ulayıram. Tənhalıqdan sentimental paranoya yaşayan səfeh şairlər kimi ulayıram. Dişlərim sızıldayır. Ağzımdakı qan tamı məni rahatladır. Maşının güzgüsündə üzümə baxıram. Çiyinlərimin üstündəki canavar başıdır. Mən qurd-adamam! Məni sadəcə rahibin gümüş gülləsi öldürəcək. Astaca maşından yerə düşüb divarın üstünə dırmaşıram. Açıq pəncərədən hava kimi səssizcə otağa soxuluram. Pərdələr tərpənir. Saçları yatağının üstünə dağılıb. Öpsəm, oyanacaqmı? Bir anda dişlərimi boğazına keçirirəm. Ay buludların arxasında yoxa çıxır. Yatağın qarşısınada yavaş-yavaş özümə gəlirəm. Soyuqdur. Qan soyuqdur.

*****

İllər öncə oxuduğum kitablardakı, baxdığım filmlərdəki tənha adamlarla empati qururdum. Tənha kavboylara paxıllığım tuturdu. Dərdləşməyə dostu olmayan, fahişələrlə yatan biçarə tənhalar. Sonra həyat məni bu hala saldı. Daha doğrusu özüm öz ayaqlarımla olduğum yerə gəldim. Nə qədər gülməli olsa da, tənhalıqdan əziyyət çəkən roman qəhrəmanları kimi çarəsizəm. Kitablardakı tənhalıq o qədər cazibəli idi ki, aldandım. İndi çox qorxunc şəkildə tənhayam. Alkaqol. Ekstazi. Alkaqol. “İnsan bu qədər tənha qala bilərmi?” deyə soruşdum özümdən. Cavabım müsbətdir. Artıq tənhalığımdan xoşum gəlir. Sevirəm tənhalığımı. Mən adım Bayquşdur. Bütün xaraba evlərin çardaqlarında yuvamı qurmuşam.

Gülləkeçirməz, ölümsüz tənhalığımdan zövq alıram. Ruhum bədənimin öləcəyi günə qədər tənha qalacaq və mən bu gecədən sabaha qatil olaraq çıxacağam. Qələbə sevincini unutmuş insanlarla oyun oynamaq çətindir. Qələbənin dadını unutmuş adamı məğlub etdiyinə sevinənlərin gözlərindəki sırtıq gülüşdən iyrənirəm. Ağlım kəsəndən sərsəri kimi yaşayıram.

Xatırladım. Onu öldürməyəcəkdim. Bu gecə onun yanaqlarında dərin çuxurlar açacaqdım ülgüclə. Evinin pəncərəsindən içəri girib, yapışqanı lentlə ağzını bağlayıb üzündə ən dəhşətli sənət əsərini yaradacaqdım. Evə küləklə birlikdə girib, onun iniltiləri ilə birlikdə çıxmağı planlaşdırmışam. Amma ailəsinə qan ağladacaqdım. Çünki mən qurd-adamam! Hamısını parçalayacaqdım. Evdə çox səssiz hərəkət edəcəkdim. Çox axmaq plan qurduğumu bilirəm. Çünki sonda bu hekayənin qəhrəmanı ölməlidir. Ağıllı planlar qurub, silsilə qətillər törədə bilməzdim. Ağıllı planlar qurub biriylə sevgili olub, onu özümə aşiq edib həyatını alt-üst etmək daha uğurlu seçim olardı. Mənim adım Məcnundur və Leylinin İbn Salamla evləndiyi gecə ağlımı tamamən itidirim.

******

– Sus! Bağırma!

Qız yataqda quruyub qalmış, həyəcandan bağırmağı kəsmişdi.

– Qorxma. Sənə zərər verməyəcəyəm. Qətiyyən qorxma!

Əslində onun qorxması, mənim də ona zərər verməyim üçün minlərlə səbəb vardı.

O an, yataqda quruyub qalmış qıza baxanda içimdə yüksələn dalğaların səsi qulaqlarımda səsləndi. Qorxudan quruyub qalmış vücudunun qarşısında baş əyib, ülgücümü çıxardım. Astaca əllərindən öpüb, yataqdan düşməyinə kömək etdim. Tapançanı alnına tuşlayıb, gülümsədim. O anda nə düşündüyümü xatırlamıram. Gülümsədim. O da dişlərini ağartdı. Qorxunun və həyəcanın təsirindən özünü itirmiş qızı  zorladım. Sonra qolundan yapışıb pəncərəyə doğru sürüdüm. Hıçqırıqlarını eşitmirdim. Anası oyanıb yatağın üstündə oturmuşdu. Damarına yeritdiyim heroinin təsirindən keyimişdi. Gülürdü və üzümü xatırlamağa çalışırdı. Şüşə qırıntıları qatdığım şərabı zorla ona içirdim. Beş dəqiqədən sonra bəmbəyaz yataq örtüyünün üstünə qan qusmağa başladı. Mədəsi, yemək borusu, ağzının içi parçalanmışdı. Qızının üzünə baxıb gülümsəyirdi. Səsini çıxarmağa heyi qalmamışdı. Əyilib ağarmaqda olan saçlarından öpdüm. Ən yaxşı halda  3 gün can verəcəkdi və bu işgəncədən sonra sağ qalmaq ehtimalı yox idi.

*******

Maşından qalib ədasıyla düşən qızın, dodaqlarından öpdüm. Nəmli dodaqlarından qan tamı gəlirdi. Ölümdən qorxmadığını bilirdim. Öldürməyəcəkdim. Silahın soyuq lüləsini dəfələrlə ağzına soxub-çıxardım. Tapancanın orqazm olmağını istəmirdim. Qoruyucusuz oral seks. Dişlərinin xırçıltısını eşitdikcə sürətləndim və bütün dişləri qırılandan sonra lüləni ağzından çıxarıb havaya altı güllə sıxdım. Orqazm möhtəşəm idi. Dişlərini kənara tüpürüb gülümsədi. Əlimdəki ülgüclə gözlərinin kənarından çənəsinə qədər dərin şırımlar açdım və soyuq qanı sinəsinə damcılamağa başladı. Qəzəbdən gözləri böyümüşdü. Ömür boyu bu çapıqlarla yaşamaqdansa, yeddinci gülləni alnına sıxmağımı istəyərdi. Öldürmədim. Çünki yeddinci gülləni öz alnıma sıxacaqdım. Çünki, mən sadəcə intiqam andı içmişdim. Mənim adım intiqamdır! Sərxoşam. Yuxusuzam. Yorğunam. Dan yeri sökülür.

Tanış olaq, mənim adım Məcnundur. Adımı özüm qoymuşam! Mənası dəli, divanə deməkdir! Bütün reklam lövhələrində adım yazılıb…Sevgidən iyrənirəm. Sevib ayrılanlara daha çox nifrət edirəm. Xəyanət edənləri öldürürəm. Və bu gecə maşının yanacaq bakındakı benzinlə və məni tərk edən qadının son görüşdə aldığı ucuz alışqanla bütün şəhəri yandıra bilərəm!

Maşının açıq pəncərəsindən ətrafa yayılan musiqinin sədaları altında Rammsteina qoşulub bağırıram: “Mein Herz brennt”!

********

Lüləsindən hələ də barıt tüstüsü çıxan və qan süzülən tapançanı öz alnıma tuşlayıram.

Hiç yorum yok:

Yorum Gönder