9.21.2013

Belə-belə işlər...



Əvvəlcə onu deyim ki, facebook sosial şəbəkəsində fəaliyyətimi müvəqqəti olaraq dondurmuşam.
Öz profilimi dondurduqdan sonra, köşə yazarı olduğum “Ədalət” qəzetinin facebook profilindən müəyyən dostları izləyirdim.
İki gün öncə bu profil də donduruldu. Yəni heç kəsi izləmirəm. Facebook-da baş verənlər, artıq diqqətimdən kənardadır.
Amma bəzi söhbətlər barədə mənə məlumat verirlər, çünki telefonumu söndürməmişəm. Yəni facebookda olmadığımdan istifadə edib, çox da arxamca danışmayın J
Bundan sonra bəzi məsələlərə blogumda münasibət bildirəcəm. Kimin oxumaq imkanı olsa, paylaşsın. Çox uzun yazmayacağam. Vaxtınızı almaq, özüm də vaxt itirmək istəmirəm.

9.07.2013

Yorğun, əsəbi, gərgin

Beynimin içində qancıq, sülənti itlər ulaşır
və yol gedirəm üzü sabaha
əlimin altında yorğun sətirlər
çörəy daraşan qarışqa kimi
ağ vərəqə
daraşır...
daraşır, and olsun Allaha...

8.09.2013

Bakıya sevgilərlə


Yandır Bakını, tazə gülüstan tələb eylə (Həmid Herisçi)

Çirkli küçələrin, prospektlərin
ürək bulandıran,
darıxdırıcı mənzərənlə
küləyinlə, dənizinlə, günəşinlə
dalanınla, tininlə
miskinsən Bakı...

8.03.2013

Yaxşı oğlan şort geyinməz (ironik hekayət)

(Kişilərin şort geyinməyinə qıcıq olanlar üçün )


O gün şəhərə çıxmışam, şortikdə(şortda). "Sahil" metrosundan çıxıb dənizə doğru yönəldim. Yanımda bir neçə intellektual, şortikli(şortlu), uzunsaç dostum. Bir qız maşınla yanımızdan keçib söz atdı.

Uğursuzlar...

Adamlar konkret ürəyindəkini deməkdən çəkinir. Məsələn  qısqandığı adama: "Səndən zəhləm gedir. Sənin uğurlarına əsəbləşirəm. Mən özümü səninlə eyni səviyyədə görürəm, amma sənin qədər uğurlu deyiləm" deyən birisinə rastlamamışam.

Bunu demək çətindir, amma oğraş-oğraş hərəkətlər, qeybət, istehza, "laf sokma", "zarafat"  daha iyrənc görünür...

7.21.2013

37 ölüb, casusluq qalıb

Aşağıda oxuyacağınız yazını Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onun mənə aldığı yumşaq kresloma yayxanıb qələmə alıram.

Qətiyyən səhv oxumadınız, Əsəd Cahangirin suqqestivi yazısından sonra hörmətli yazıçımız Kamal Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti, bilgisayar, bir də kiçik bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davam etsəm mənə xüsusi təqaüd də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.

İnanın ki, bu qədər hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəllimin şərəfinə gecə-gündüz təriflər yağdırsam yenə də azdır.

İnsan unudur...

(Viskiyə buz atmağı unutduğum üçün, qəzəblə pıçıldadığım misralar...)


Əvvəl təkliyə alışdı,
Sonra
göz yaşı qurudu.
Çox şükür ki, toparlandı
Yaxşı ki,
çox qürurludu...