3.15.2013

Nigarançılıq...

Görəsən indi necəsən?
Saçına kim sığal çəkir?
Yoxsa yenə yanaqların,
Göz yaşlarından su içir?

Yenə dalğın baxışların,
Kimin üzünə dikilib?
Kimə naz satırsan bu gün?
Nə gizlədim, bu naz əda
Sənin boyuna biçilib...


Gecə pəncərəni bağla,
Yatanda yorğana bürün.
Bir də...
Bir də bu içkini azalt.
Az içər qadın dediyin...

Çalış hamıya inanma,
Nadanı var, axmağı var.
Birdən yenə aldanarsan,
Sonra sənə çətin olar...

Məni soruşma, çox pisəm
Havalar canımı sıxır.
Bir yorğun, əzgin sərsəri
güzgülərdən baxır, baxır... 

Hiç yorum yok:

Yorum Gönder