3.16.2013

Qisas


O gecə ulduzlar yerə daha yaxın idi...Əlimi atıb bir-ikisini qoparmaq istədim, əllərimin ulduzlara çatmadığını bilə-bilə.
Son görüşümüzdə gedəcəyini bildiyim halda səninlə daha çox vaxt keçirmək istədim. Əslindən son xəyanətindən sonra qalmağının mümkünsüz olduğunu bilə-bilə.
“Niyə aldatdın? Axı xəyanət etmədən də yaşaya bilərdin”-dedim.
“Mən nə etdiyimi bilmirəm, təmiz başımı itirmişəm”- dedin.

Səni anlamaq istədim, anlamaqla heç nəyi dəyişdirə bilməyəcəyimi bilə-bilə...
Dəhşətli gecə idi...İlk dəfə hara getdiyimi bilmədən saatlarla dolaşdım küçələri...Beynimdə yalnız bir sual dolanırdı-niyə? Cavabını yenə özündən soruşdum. “Məni nə üçün aldatdın? Mən sənə nə pislik eləmişdim?”- deyib uşaq kimi hönkürdüm.
Bərk-bərk qucaqlayıb, başımı köksünə sıxdın. Bu sevgi deyildi. Sadəcə gözlərimə baxa bilmirdin.
Səsindəki arxayınlıq məni dəli edirdi: “Səndən əvvəlki bütün kişilər məni aldatdı, xəyanət elədi, yarı yolda buraxdı. Səbəbini bilmirəm, amma onların hamısının qisasını səndən aldım”...

Məni buraxıb kənara çəkildin. Susmuşdun. Ağlamırdım.

Hiç yorum yok:

Yorum Gönder